Giorgi Kvirikaşvili – Gürcüstan qərbə doğru gedən bir yol seçdi və ondan sonra heç geri baxmadıq

bas-nazir

“Gürcüstan qərbə doğru gedən yolu seçdi və ondan sonra heç geri baxmadıq”, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Gürcüstan-Amerika arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunmuş forumda çıxış edərkən verdi.

Forum ABŞ-ın Gürcüstandaki səfirliyinin sabiq binasında keçirildi. Kvirikaşvili o binanın simbolik olduğunu bildirdi və qeyd etdi ki, ABŞ səfriliyinin Atoneli küçəsində yerləşməsi heç də təsadüfi deyildi.

“Bugün Gürcüstan-ABŞ arasındaki diplomatik əlaqələr haqqında danışmaq imkanımızın olduğu çox vacibdir, bu binada yığılmağımız da təsadüfi deyil, çünki, şahzadə Orbeliani tərəfindən tikilən bu binada, 19-cü əsrdə Gürcüstanın ən ləyaqətli insanları və xaricdən gələn dəyərli qonaqlar yığışırdılar və o insanlar qərb dəyərlərini qoruyan, azad, müasir Avropa Gürcüstanını xəyal edirdilər. Bu binanın tarixi dəyərini nəzərə alaraq, düşünürəm ki, bu binada, illərdir qərb dəyərlərini dünyaya ən gözəl nümunəsini göstərən ölkənin səfirliyi yerləşməli idi” – dedi Kvirikaşvili.

“Keçən il biz, Gürcüstanın Sovet İttifaqından azad azad olunmasının və müstəqilliyinin bərpa edilməsinin 25 illiyini qyed etmişdik, o da tarixi bir hadisə idi. O dönəmdə, Gürcüstan qərbə doğru gedən bir yol seçdi və ondan sonra heç geri baxmadıq”, – bəyan etdi Gürcüstanın baş naziri.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register