Texno Xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Telegram” messencerinin yaradıcısı Pavel Durov əlavənin yeni funksiyaları haqqında qaralamasını təqdim edib. “Instagram”da nəşr olunan şəkildə daxili ödənişlər və videozənglər anons olunub. Bildirilir ki, maliyyə əməliyyatları “Stripe” ödəniş sistemi vasitəsilə həyata keçiriləcək və buna görə messencer tərəfindən komissiya haqqı tutulmayacaq. Bundan başqa, yalnız adı bəlli olan “Telescope” platforması da anons olunub. Qeyd edək ki, martın 30-da “Telegram” səsli zənglər funksiyasını təqdim edib.

1

“Amazon” şirkətinin insanın zahiri görkəminə qiymət verməyi bacaran “ağıllı” kamerası izləmədə ittiham olunur. “Amazon Echo Look” adlı stilist kameranın dəyəri 200 dollardır. O, istifadəçinin şəklini çəkir, daha sonra ona daha yaxşı geyinmək barədə məsləhətlər verir. Qurğu həm də istifadəçinin nə vaxt və hansı şəraitdə necə geyinməsi barədə məlumatları yadda saxlayır. Ekspertlər hesab edir ki, bu şəkillərə çıxış əldə etməklə istifadəçinin sosial statusu, ailə vəziyyəti, dinə münasibəti və digər keyfiyyətləti barədə məlumat əldə etmək olar. Bu isə “Amazon Echo Look”u hakerlər və kibercinayətkarlar üçün potensial hədəfə çevirir.

2

“Facebook” sosial şəbəkəsi 150 ölkədə “Messenger”in yüngülləşdirilmiş versiyası – “Lite”ı istifadəyə verib. “Messenger Lite” kiçik həcmli yaddaşa, məhsuldarlığı aşağı olan prosessorlara malik smartfonlar, eləcə də aşağı sürətli internet şəbəkəsinin olduğu yerlər üçün nəzərdə tutulub. “Lite” foto, istinad və stikerlərin göndərilməsini təmin edir. Lakin bir çox meyara görə o, orijinal versiyadan geri qalır. Artıq 132 ölkədə “Lite” əlçatandır. Yaxın günlərdə bu proqram əlavəsi “Google Play”də digər ölkələr üçün də əlçatan olacaq.

3

Türkiyədə “Vikipediya” internet ensiklopediyasına giriş bloklanıb. Marneulifm-in “Hürriyyet”ə istinadən xəbərinə görə, bu gün səhər saat 8:00-dan etibarən “Vikipediya”nın bütün dillərdəki səhifələrinə daxil olmaq mümkün olmur. Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi internet ensiklopediyasına girişin bloklanması barədə hər hansı məhkəmə qərarının olmadığını bildirib. Bilgi Texnologiyaları və Rabitə Qurumu isə bloklanmanı “idari tədbir” olaraq dəyərləndirib.

4

Yaponiyanın populyar “Nintendo” şirkəti artıq 2,74 milyon ədəd “Switch” adlanan yeni innovativ oyun platformasının satışını həyata keçirib. şirkətin yaydığı fond hesabatından sonra “Nintendo”nun satışları barədə  açıq məlumatlar yayılıb. Hesabatda bu ilin mart ayının əvvəlində açıq satışa çıxarılan “Switch” müasir oyun avadanlığının satışlarının sayı da qeydə alınıb. Bu müddət ərzində 5 milyon dollar məbləğdən artıq müxtəlif əlavələr, proqram təminatı, yeni nəsil avadanlıq üçün oyunlar əldə edilib. Ən çox alınan əfsanəvi “The Legend of Zelda: Breath of the Wild” oyununun nüsxələri olub. Bu oyun dəfələrlə ilin ən gözlənilən oyunlarından biri kimi qəbul edilib. İstifadəçilər bu oyundan 2,76 milyon nüsxə əldə ediblər.

5

1 milyarddan çox aktiv istifadəçisi olan “WhatsApp” mesajlaşma proqramı daha bir yenilik ilə istifadəçilərini sevindirəcək. Tədbiq ediləcək yenilik sayəsində “WhatsApp” iş dünyasına daxil olacaq. Belə ki, “WhatsApp for Business” adlanan yenilik iş yerləri üçün xüsusi bir mesajlaşma platforması hazırlayacaq. Hazırda sınaq mərhələsində olan yenilik sadəcəHindistanda istifadə olunur. Yenilik sınaq mərhələsini uğurla keçərsə, yaxın günlərdə bütün istifadəçilərin ixtiyarına veriləcək.

6

“McAfee” antivirusunun yaradıcısı dünyanın ən təhlükəsiz smartfonunu təqdim edəcək. Mobil qurğularda fərdi məlumatların mühafizəsi bir neçə il olar ki, fəal müzakirə mövzusuna çevrilib. Buna görə bəzi şirkətlər yüksək təhlükəsizlik səviyyəsinə malik təhlükəsiz qurğular istehsal edirlər. Populyar “McAfee” antivirusunun yaradıcılarından biri Con Makafi də belə cihaz təqdim edib. O, öz yeni həllini dünyada ilk təhlükəsiz smartfon adlandırır. Makafinin iddiasına görə bu, indiyədək mövcud olmuş qurğular arasında ən təhlükəsiz smartfon olacaq. “cihazın aparat hissəsinə böyük investisiya yatırılıb. Qurğunun arxa panelinə qurulmuş bir sıra kommutatorlar istifadəçiyə akkumulyator, kamera, mikrofon və “Wi-Fi”, “GPS” və “Bluetooth” üçün antennaları söndürməyə imkan verir. Bundan başqa, smartfonda anonim veb axtarış funksiyası mövcuddur” –  Con Makafi deyib. “John McAfee Privacy Phone” adlandırılacaq aparat cari ilin sonunda satışa çıxarılacaq. Qurğunun texniki xarakteristikaları haqda hələ ki, heç bir məlumat yoxdur. Smartfonun qiyməti 1100 dollar təşkil edəcək, potensial müştərilər isə korporativ istifadəçilərdir.

7

Elon Musk, TED konfransı çərçivəsində özünün yeni şəhəraltı tunellər layihəsinin ilk videosunu təqdim edib. Sözügedən layihə, şəhərlərdə olan tıxac problemini həll etmək üçün nəzərdə tutulub. Yeni videodan məlum olub ki, avtomobilin həmin tunellərdən birinə daxil olması üçün o, xüsusi platformaya qalxmalıdır. Daha sonra platforma, şaquli şəkildə avtomobili tunelə endirəcək. Tunel daxilində avtomobil özü yox, onu tunelə endirmiş platformaya bənzər digər platforma vasitəsilə lazımi yerə çatdırılacaq. Avtomobili müəyyən yerə çatdıracaq platforma isə maksimum, saatda 207 km sürətlə hərəkət edə biləcək. Təyinat nöqtəsinə çatandan sonra avtomobili endirib-qaldıran platforma, avtomobili tuneldən yer üzünə qaldıracaq. Musk-ın sözlərinə əsasən tunellər şəbəkəsi minimum 30 səviyyədən ibarət olacaq. Həmin səviyyələrdə avtomobillərdən başqa sürətli Hyperloop vakuum kapsulları da hərəkət edə biləcəklər. Hal-hazırda Elon Musk-a məxsus “The Boring Company” şirkəti, “SpaceX”in Los Anceles şəhərindəki ofisinin altında təqdimat üçün nəzərdə tutulmuş tunelin inşası ilə məşğuldur. Tunel inşasının şirkət ofisi sərhədindən çıxması üçün Elon Musk, hökümətdən icazə almalıdır. Qeyd edək ki, Musk, tunellər barədə ilk dəfə 2016-cı ilin sonunda məlumat vermişdi. Onun sözlərinə əsasən yollarda olan tıxaclar onu dəli edir.

“Apple” mobil cihazların yeni enerji yığma texnologiyalarını təcrübədən keçirdir. Belə ki, şirkət, iPhone cihazlarının Wi-Fi vasitəsilə enerji yığma texnologiyasının patentini qeydiyyatdan keçirdib. Patentə əsasən mobil cihazın enerji yığma prosesi, 700-2700 MHz tezlikli mobil rabitə və 2.4 ilə 5 GHz tezlikli Wi-Fi şəbəkələri də daxil olmaqla istənilən naqilsiz əlaqə üsulu vasitəsilə həyata keçirilir. Bu texnologiya cihazların naqilsiz enerji yığma üsulunda yeni imkanlar yaradır. “Apple”ın ixtirası digər naqilsiz enerji yığma texnologiyalarından onunla fərqlənir ki, yeni texnologiya özündə həm əlaqəni, həmdə enerji ötürülməsini birləşdirir. Sözügedən yeni texnologiyanın yeni nəsil iPhone modelində təqdim olunması gözlənilir. Lakin təqdim olunacaq texnologiyanın patentdə olduğu kimi reallaşdırılacağı ehtimalı da çox aşağıdır.

8

“Google” yerli idarə və şirkətlər haqqında rəyləri onlara baxan istifadəçinin dilinə tərcümə edəcək yeni funksiyanı istifadəyə verib. Tərcümə “Google Maps” əlavəsində və ya axtarış sistemində sorğu verilən zaman avtomatik həyata keçiriləcək. Rəylər qurğuda quraşdırılan dildə göstəriləcək. Əvvəlcə tərcümə olunan, daha sonra orijinal versiya təqdim olunacaq. Yeni funksiyadan yararlanmaq üçün “Google Maps” proqramını və axtarış əlavəsini sonuncu versiyayadək yeniləmək tələb olunur.

9

“Intel” korporasiyası “Kaby Lake” arxitekturasında işləyən “Core M3” prosessorunu yeniləyib. Yeni çip “Core M3-7Y32” adlandırılıb. Bu, ötənilki “Core M3-7Y30” həllinin daha güclü versiyasıdır. Yeni “Core M3” prosessoru 14 nanometrlik texnologiya üzrə hazırlanır, iki hesablama nüvəsinə malikdir, “LPDDR3-1866” və “DDR3L-1600” yaddaşını dəstəkləyir. Qrafikanın emalı üçün 900 MHs-dək (əvvəlki versiyada bu göstərici 615 idi) takt tezliyində işləyən daxili “GPU Intel HD Graphics 615” kartı nəzərdə tutulub. Prosessor 4,5 vatt gücündə istilik enerjisi (TDP) ayırır. İstehsalçının məlumatına görə, enerji effektivliyinin artırılması məqsədi ilə bu göstərici 3,75 vattadək azaldıla bilər. Xatırladaq ki, “Core M3” prosessorlar seriyası adətən ventilyatorsuz qurğular və enerji cəhətdən səmərəli yığcam kompüterlərdə tətbiq edilir. Prosessorun qiyməti 281 dollardır.

10

Monreal alqoritmlərin öyrənilməsi institutunun alimləri insan səsini olduğu kimi “kopyalayan” yeni nəsil nitqin sintezi texnologiyasını təqdim ediblər. İnsan danışığını 1 dəqiqə müddətində dinləyən kompüter söz və ifadələri orijinaldan az fərqlə səsləndirir. Texnologiya hələ ki idealdan uzaqdır, ancaq süni səsi eşidən istənilən insan onun kimə məxsus olduğunu dərhal müəyyələnləşdirə biləcək. Kanadalı alimlər etiraf ediblər ki, onların həlli kibercinayətkarlar tərəfindən istifadə edilə bilər. Bundan başqa, “Lyrebird” nitq sintezatoru fırıldaqçılar tərəfindən şəxsiyyətin oğurlanması məqsədilə tətbiq oluna bilər. Bununla əlaqədar olaraq, alqoritmlər açıq girişdə yerləşdirilib. Bu o məqsədlə edilib ki, artıq istənilən insan səs yazısının etibarlı sübut mənbəyi olmadığından xəbərdar olsun.

11

“Siri” səsli köməkçi proqramının tərtibatçılarından olan Tom Qruber TED konfransında süni intellektin inkişafı ilə bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, düzgün nəzarət olunacağı təqdirdə, texnologiya insan beyninə rəqib yox, tərəfdaş olacaq. Qruberin fikrincə, süni intellekt insan yaddaşının imkanlarını artırmağa kömək edəcək: “Xatirələrin kataloqlaşdırılması və yaddaşın gücləndirilməsi üçün süni intellektdən istifadə olunması növbəti cəsarətli ideya deyil, tamamilə qaçılmaz gələcəkdir. Bir gün biz süni intellektə öz xatirələrimizi yükləyə biləcəyik”.

12

Əksər insanların smartfon, planşet və kompüterdən problemsiz istifadə etməsinə baxmayaraq bəziləri üçün bu vəzifəni yerinə yetirməyin qeyri-mümkün olmasına görə Kanadanın “Komodo OpenLab” şirkəti artıq 7 ildir sağlamlıq imkanları məhdud insanlar üçün elektron qurğuların idarə edilməsini sadələşdirəcək “Tecla” qurğusu üzərində çalışır. Bu dəfə şirkət qurğunun istifadəçilərə eyni anda səkkiz elektron cihazı idarə etməyə imkan verən yeni versiyasını təqdim edib. əlil arabasına inteqrasiya ediləcək “Tecla” istifadəçiyə elektronika ilə kreslonun idarə olunması üçün istifadə edilən eyni hərəkətlərlə işləməyə imkan verir. Məlumata görə, səkkizədək smartfon, planşet və kompüteri qoşmağa şərait yaradan yeni versiyadan televizor, məişət cihazları və “Əşyalar interneti”nin tərkib hissəsi olan bütün qurğuların idarəetməsi üçün istifadə oluna bilər. “Tecla” qurğusuna quraşdırılan ötürücülər qohumlara istifadəçilərin olduğu yeri, eləcə də onların aktivlik səviyyəsini və həmin yerin ətraf mühitinin temperaturunu izləməyə imkan verir. Bir dəfə enerji ilə doldurulan akkumulyator 48 saatlıq fasiləsiz istifadə üçün kifayət edir. Tədarükünə bu ilin iyulunda başlanılacaq yeni “Tecla” qurğusunun pərakəndə satış qiyməti 499 dollar təşkil edəcək.

13

“Samsung” yeni, faydalı proqram əlavəsi yaratmaq üzərində işləyir. Proqram əlavəsi “İn-Traffic Resply” adlanacaq. Bu proqram avtomobil idarə olunarkən sürücünün smartfonuna daxil olan mesajlara avtomatik cavab verəcək. “In-Traffic Reply” proqramının mahiyyəti bundan ibarətdir ki, smartfonun sensorları və GPS-siqnalı avtomobil və ya velosiped idarə olunarkən bunu müəyyənləşdirir və daxil olan mesajları vahid şablon əsasında cavablandırır. Hazırda proqram Niderlandda test edilir. İki cavab versiyası var: “Mən ruldayam və cavab verə bilmirəm” və animasiyalı şən cavab versiyası.

14

“Aermoo” şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib. Bu aparatın əsas özəlliyi təhlükəsiz korpusla təchiz edilməsidir. Bir qayda olaraq, təhlükəsiz smartfonlar böyük ölçü, qalınlıq və görkəmsiz dizayna malik olurlar. İstehsalçının sözlərinə görə, “Aermoo F1” smartfonu özündə ən proqressiv ideya və texnologiyaları birləşdirərək analoqlarından fərqlənəcək. “F1” smartfonunun ön panelində mexaniki düymələr olmayacaq və  smartfonun ön paneli displeydən ibarət olacaq. Məlumata görə, “Lamborghini” şirkətinin dizaynerləri yeni qurğunun dizaynının hazırlanmasında iştirak ediblər. “Aermoo F1” smartfonu “IP68” standartına uyğun su və toza qarşı davamlıdır, 6 QB əməli yaddaş və səkkiznüvəli “Snapdragon 835” prosessoru ilə təchiz edilib.

15

Ötən ay məlum olub ki, “Lenovo” gələcək smartfonlarında “Motorola” brendini qaytarmaq qərarına gəlib. şirkət smartfon bazarında “Lenovo” da daxil, bütün digər brendləri ləğv edəcək. Sonuncusu daha inandırıcı olmasa da, “Zuk” brendinin ləğv ediləcəyinə şübhə qalmamalıdır. Ən azı analitik Pan Citanqa (Pan Jiutang) istinad edən mənbənin məlumatına inansaq, “Zuk Z3” smartfonu və ya brendin hər hansı digər yeni aparatı istehsal edilməyəcək. Brendin özünü isə ləğv edəcəklər. “Motorola” brendinə gəldikdə, onun yenidən istehsalına başlanacağı ilə bağlı məsələ açıq olaraq qalır.

16

Tezliklə “Telegram” messencerində ödənişləri həyata keçirmək üçün şəxsi platforma istifadəyə veriləcək. Çat botlarla ünsiyyət saxlayan istifadəçilər məhsulları sifariş edə və xidmətlərin haqqını ödəyə biləcəklər. Bundan başqa, həyata keçirilmiş tranzaksiyalar üçün heç bir komissiya tutulmayacaq. Bu haqda xidmət barəsində gələcək dəyişikliklərin eskizlərini “Instagram” hesabında göstərmiş layihənin yaradıcısı Pavel Durov məlumat verib. Sənədə əsasən, tranzaksiyalar email “Stripe” prosessinq sistemi (dünyanın 25 ölkəsində əlçatandır) tərəfindən həyata keçiriləcək. Botlar məhsulların sifarişi və xidmətlərin ödənişi üçün xüsusi düymə ilə təchiz ediləcək. Bank kartı çat botla “əlaqələndiriləcək”, pul birbaşa tərtibatçının hesabına göndəriləcək. “Telegram” maliyyə məlumatlarının saxlanılması üzrə məsuliyyəti öz üzərinə götürmür, bununla əlaqədar olaraq şirkət pulun geri qaytarılması üzrə şikayətlərə baxmayacaq. Eyni zamanda xidmət vicdanlı tərtibatçıları həvəsləndirməyə və pisləri isə cəzalandırmağa dair söz verib.

17

İOS platformalı telefonlarda silinən şəkillər “Recently Deleted” qovluğunda yığılıb qalsa da, Android platformalı telefonlarda bu funksiya yoxdur. Artıq Android platformalı telefonları kompüterə qoşmadan da silinən şəkilləri geri qaytarmaq mümkün olacaq. Bunun üçün sadəcə “Playmarket”dən “Photo Recovery” tətbiqini yükləmək lazımdır.

18

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register