Dünyanın ən güclü orduları – Gürcüstan haradadır? (SİYAHI)

Muharibe

İlk üçlükdə Azərbaycandan silah alan ölkədə var.

Dünyanın ən güclü Silahlı Qüvvələrinin adları açıqlanıb. KİV-lərin məlumatına görə, ənənəvi siyahını “Global Fire Power” hərbi mənbələrə istinadla hazırlayıb. Siyahıda Azərbaycan Gürcüstadan və Ermənistandan da ön sıralarda yer alır.

Belə ki, dünyanın ən güclü ordusuna ABŞ malikdir. Şimal qonşumuz Rusiya ikinci, Çin isə üçüncü pillədə yerləşdirilib. İlk beşlikdə Hindistan və Fransanın adı da var.

İngiltərə 6-cı yerdədir, onu az fərqlə Yaponiya izləyir. Digər yaxın tərəfdaşımız və qonşumuz olan Türkiyə isə 2 pillə irəliləyib. Ötən il 10-cu olan Türkiyə bu il 8-ci yerdə qərar tutub. İlk onluğu isə Almaniya və İtaliya qapayır.

Cənub sərhəddimizi bölüşdüyümüz İran 21-ci sırada yer alıb. Bir il öncə 11-ci olan İsrail geriləyib – 16-cı yer.

Qafqaz ölkələrin arasında Gürcüstan 80-ci yerdə, Azərbaycan 59-ci yerdə ənsonda isə Ermənistan qərarlaşıb 95-ci yerdə sıralanıb.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register