Marneulidə İliya Çavçavadzenin 180 ci yubileyi qeyd olundu

ilia

   28 aprel tarixində Marneuli Bələdiyyəsində, gürcü yazarı, şairi, publisist, siyasi və ictimai xadim İliya Çavçavadzenin 180 ci yubileyi qeyd olundu.

Tədbir yazıçının xeyriyyə fondunun “İliya Mavmavadze 180 ölümsüzlüyün fenomeni” layihəsi çərçivəsində həyata keçirildi və müxtəlif növ aktivliklərdən ibarət idi.
-İliya Çavçavadze mövzusunda yaradıcı sərgi-ekspozisiya nümayiş olundu, orada Tbilisinin İliya Çavçavadze ədəbi-memorial muzeyinin daşınan ekspozisiya və İliya adı ilə əlaqədar ən yaxşı sənət əsərləri nümunələri sərgiləndi.
-Sərgi çərçivəsində mütəxəssis (filoloq, eksqursiya aparıcısı) tərəfindən eyni zamanda İliya haqqında kiçik eksqurs yarandı;
-Mədəniyyət evinin səhnəsində “Əsrin Cinayəti” teatr tamaşası qoyuldu. Tamaşa İliya Çavçavadzenin həyatı və yaradıcılığından bəhs edir. Tamaşanı Nodar Dumbadze adına həvəskar dövlət teatrı səhnələşdirdi.
Xatırladaq ki, bu il Gürcüstanın tanınmış yazıçısı İliya Çavçavadzenin dünyaya gəlişindən 180 il, öldürülməsindən isə 110 il ötür;
Qeyd olunan tarix “İliya Çavçavadzenin Xeyriyə Fondu”nun təşəbbüsü ilə miqyaslı qeyd olunur. Ölkə miqyasında Acaradan Kaxetədək yubiley turnesi keçirilir. Yubiley turnesi rəmzi olaraq İliyanın doğulduğu Qvarelidən başlandı.
“İliya Çavçavadze 180-Ölümsüz Fenomen” layihəsinin məqsədi İliya Çavçavadze fenomeninin və siyasi fəaliyyətinin gənclər arasında təbliğatıdır.
Eyni zamanda yubiley ilinə müvafiq olaraq və miqyaslı qeyd olunur. Layihə Gürcüstan bölgələrində və o, cümlədən milli azlıqların yaşadığı bölgələrdə həyata keçirilir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register