Texno Xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu ilin fevral ayında keçirilən “MWC2017” sərgisində təqdim olunan “Sony Xperia XZ Premium” smartfonunu iyunun 1-dən almaq mümkün olacaq. Smartfon ilk olaraq Yaponiyada satışa çıxarılacaq, sonradan isə Britaniyanın “Amazon” onlayn mağazalarından əldə etmək mümkün olacaq. Müasir texnologiya həvəskarları bu yeniliyi onun üçün gözləyir ki, bu smartfon saniyədə 960 kadra qədər tezlikdə video çəkiliş aparmaq imkanı olan unikal kameraya sahibdir. Bundan başqa, “Sony” şirkəti öz flaqmanını “Snapdragon 835” prosessoru və 4K genişlənməli ekranla təchiz edib. Bundan öncə isə “Xiaomi” şirkəti özünün “Mi 360 Panoramic” adlanan ilk panoram kamerasını təqdim edib.

1

“Microsoft” şirkəti Dubay şahzadəsi ilə birgə “Dubai Front” adlanan yeni şrift tərtib edib. Yeni şrift 23 dildə istifadəçilərin istifadəsinə veriləcək. Dubay şahzadəsi Məhəmməd bin Rəşid əl-Məktumun fikrincə, yeni şrift rəqəmsal dünyada liderlik yolunda daha bir addım olacaq. O, dəfələrlə bildirib ki, Dubay innovativ texnologiyalarda maraqlıdır. Şrift unikal xüsusiyyətlərə malikdir, ancaq tərəflər təfərrüatları dəqiqləşdirməyiblər. Dubay şahzadəsi bildirib ki, “Dubai Font” özü oxuyan və özü yazan insanlar üçün maraqlı olacaq.

2

Yaponiyanın “Sony” şirkətinin tərtibatçıları 2018-ci ildə “PlayStation” oyun avadanlığının beşinci nəslini istehsal etmək niyyətindədirlər. Bu proqnozu bundan öncə də “PlayStation 4” və “Slim” oyun avadanlıqlarının satışa çıxarılacağı dəqiq vaxtı söyləmiş analitik Demian Tonq verib. Analitik səhv etmirsə, o zaman “Play Station 5” dördüncü nəsil oyun avadanlığının satışa çıxdığı müddətdən 5 il sonra satışa çıxarılacaq. Lakin “Sony” tərtibatçıları hər zaman istifadəçilərə cari versiyanın funksiyalarından tam istifadə etmək imkanı verirlər. Məhz bundan sonra daha modifikasiya olunmuş variantını istehsal edirlər. Misal üçün, 2006-cı ildə satışa “PlayStation 3” çıxarıldı və yalnız 8 ildən sonra Yaponiya şirkəti dünyaya dördüncü modelini təqdim etdi. İstehsalçı şirkətinin rəsmi nümayəndələri bu şayiələrlə bağlı heç bir şərh vermirlər. Tonqun proqnozuna görə, “PlayStation 5” bu ilin sonunda və ya gələn ilin əvvəlində təqdim ediləcək. Satışa belə tez müddətdə başlanılmasının səbəbini isə analitik “Microsoft” şirkətinin “Xbox Scorpio”nun çıxarılması olub ki, o da “Sony”nin istehsal etdiyi oyun avadanlıqlarından bəzi xüsusiyyətlərinə görə üstün hesab edilir.

3

Çinin “Xiaomi” şirkəti bu il bu ölkədə 200-dən artıq “Mi Home” pərakəndə satış mağazası açacaq. Bunu “Xiaomi” şirkətinin icraçı direktoru Ley Tzün (Lei Jun) bildirib. Ötən ilin sentyabr ayına olan vəziyyətə görə, şirkətin 25 pərakəndə satış mağazası olub. Hazırda onların sayı 80-ə qədər artıb. Bu, “Xiaomi”yə bazarda öz mövqeyini gücləndirməyə və satışları artırmağa imkan verəcək. Bundan öncə dərc edilmiş məlumata əsasən, bu tip mağazaların ərazisi 250 kv. m, mağazalarda proqnozlaşdırılan aylıq satış həcmi isə 7,5 milyon dollar təşkil edir. 2020-ci ilə qədər şirkət 1000 ədəd belə mağaza açmalıdır.

4

Dünya bazarında ən iri smartfon tədarükçülərinin reytinqi açıqlanıb. Bu reytinqdə ilk yeri Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” şirkəti tutub. “Samsung” şirkəti bu ilin birinci rübündə 79,2 milyon ədəd smartfon tədarük edib. İkinci yerdə 51,6 milyon ədəd satış göstəricisi ilə “Apple” şirkəti qərarlaşıb. Üçüncü sıranı 34,2 milyon ədəd satışla “Huawei” şirkəti tutub. Qlobal smartfon bazarında “Samsung”un payı 22,8 faiz, “Apple”in payı 14,9 faiz, “Huawei” şirkətinin payı isə 9,8 faiz təşkil edib. İDC analitik şirkətinin məlumatına görə, cəmi bu ilin birinci rübündə dünya üzrə 347,4 milyon ədəd smartfon satılıb. Bu isə 2016-cı ildəki göstəricidən 4,3 faiz çoxdur.

5

Lal-karların jestlərinin dilini səsləndirən “ağıllı” saat yaradılıb. Çin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual “ağıllı” saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir. Saat dəstinə lal-kar insanın hər bir barmağına taxılan üzüklər daxildir. Üzüklər barmaq hərəkətlərini oxuyaraq həmsöhbət üçün jestlər dilini saatın korpusuna quraşdırılan xüsusi dinamiklər vasitəsilə səsləndirir. Bundan başqa, saat əks-əlaqə üçün danışan insanın nitqini qiymətləndirərək onu lal-kar üçün mətnli məlumata çevirir və onu quraşdırılmış displeydə göstərir. İnsanlarla danışmağa ehtiyac olmayan zaman üzüklər bilərziyin içinə yığılır. İnnovativ texnologiyanın kütləvi istehsalına bu il başlamaq nəzərdə tutulur.

6

Yapon elmi özünün orijinal kəşf və ixtiraları ilə dünyanı təəccübləndirməkdə davam edir. Yaponiyanın Toyohaşi Texnologiya Universitetinin alimləri beyin dalğalarındakı elektrotları təqib etməklə insanın fikirlərini oxumağı bacarıblar. Məxsusi olaraq düşüncələri oxumaq üçün xüsusi cihaz da ərsəyə gətirilib. EEG adı verilən cihaz insanın beynindəki düşüncələri oxumaqla yanaşı onu başqalarına ötürə bilmək qabiliyyətinə də malikdir. Cihazı idarə edən proqram rəqəmləri 90 faiz, sözləri isə 61 faiz qədərincə tanıyır. Yəni, biz danışmadan, kəlmə kəsmədən beynimizdə rəqəmlər haqqında düşünsək, cihaz düşüncələrimizin 90 faizini yaza biləcək. Söz və cümlələrdə isə faiz göstəricisi nisbətən aşağıdır.

7

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register