Energetik içkinin mənfi təsiri

Bir çox Avropa ölkələrində olduğu kimi, Gürcüstanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilsə də, buna müvəffəq olunmayıb. Tərkibində süni kofein olan belə içkilərin Gürcüstanda satışı yalnız məktəb bufetlərində qadağan olunub.

İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri xüsusilə gənclər arasında çox məşhurdur.

Bəzi Avropa ölkələrində, məsələn, Norveç, Danimarka, Fransada bu içkilərin sərbəst satışı qadağandır. Bir neçə ay əvvəl Çeçenistan lideri Ramzan Kadırov da muxtar respublikanın ərazisində energetik içkilərin satışını yasaqlayan qanun layihəsini hazırlamaq barədə sərəncam verib.

Gürcüstanda isə energetik içkilərin satışı və alıcıları son vaxtlarda daha da artıb. Energetik içkilər iki kateqoriyaya bölünür: birincisində kofeinin miqdarı, ikincisində isə karbohidratın miqdarı çoxdur. Bütün energetik içkilərin tərkibində yüksək faizli kofein mövcuddur. Lakin bu içkilərin tərkibindəki vitaminlər multivitamin kompleksini əvəz edə bilməz.

Digər tərəfdən, energetik içkinin təsiri keçəndən dərhal sonra insanda yorğunluq hissi yaranır. Yəni içdikdən sonra enerji yüksəkliyi hissi yaransa da, əslində bu, sadəcə süni enerji artımıdır. Hazırda Gürcüstan bazarında 15 marka altında energetik içkilər satılır. Onların içərisində daha məşhuru olan “Red Bul” energetik içki bazarının 70 faizini təşkil edir.

Onların qiyməti kofein və karbohidratların tərkibinə, həmçinin böyük və kiçikliyinə görə 1 və 5 lari arasında dəyişir. Baş çəkdiyimiz mağazalarda satıcılar bu içkilərin yaxşı satıldığını, alıcılarının həddən artıq çox olduğunu dedilər. Alıcılardan biri isə energetik içkidən hər gün istifadə etdiyini və bu içkinin onun yorğunluğunu aradan qaldırdığını deyirdi. Zərərləri haqda heç bir məlumatı olmadığını deyən alıcı artıq bu içkiyə vərdiş etdiyini və hər gün bir ədəd də olsa içdiyini söylədi.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register