17 yaşlı Zərifə – məktəb masasından “NiGAH” masasına

erken evlenen qiz

 28 fevral tarixində Zərifə Məmmədxanova üçün məktəb zəngi çalınmadı. Təkəli açıq məktəbinin direktoru Hüseyin Hüseyinovun dediyinə görə Zərifənin qaçırılma xəbərin alığı an polisə məlumat verib.

“Səhər tezdən Zərifənin rəfiqəsi qaça-qaça gəldi ki, Zərifəni zorla qaçırtdılar. Mən o dəqiqə polisə zəng vurdum. On dəqiqə belə keçməmişdi həm polis hədə qızın valdeyinləri artıq hadisə yerində idilər”.

Zərifə məktəb atestat imtahanlarından 8-dən 3-ü uğurla başa vurub. Sinif rəhbəri Məmmədov Xazeyinin dediyinə görə Zərifə yaxşı oxuyurdu və ali məktəbə hazırlaşırdı.

 “Zərifə çox yaxşı və ağıllı qızdı. Yaxşıda oxuyurdu. 11-ci sinifdə üç imtahanı uğurla başa çatdırdı. Coğrafiya, tarix və riyaziyyat fənlərindən yaxşı ballar aldı. Başqa necə ifadə edim ki, Zərifə çox yaxşı qız idi”.

Zərifə Məmmədxanova social olaraq müdafiəsiz yeddi nəfərlik ailənin üzvüdür. 42 yaşında dəri xərçəngindən əziyyət çəkən atası, 33 yaşında anası, nənəsi, babası və bacı-qardaşı Zərifə qaçırıldıqdan sonra nəticəsiz şəkildə axtarırdılar. Polisədə bildirmişdilər. Ancaq Zərifənin qaçırıldılmasından bir neçə gün keçdiyinə görə onlar qızın öz istəyi ilə getdiyini bildirirlər. Gülgün Məmmədxanova Zərifənin bacısıdır.

 “Başdan inana bilmirdim. Sonra bir neçə dəfə özündən soruşdum ki, bu həqiqətən sənin öz seçimindimi. Mən dedim ki, qorxma sənin yanındayam. Ancaq o mənə dedi ki, mən belə xoşbəxtəm və mənim öz seçimimdi, məni heç kim məcbur etməyib. Mən onunla qalmaq istəyirəm. Mən bilmirdim. Ancaq Zərifə mənə dedi ki, mən onu sevirəm və onunla qalacam. Bacım atestat imtahnlarına hazırlaşırdı. Ancaq seçimini belə etdi”.

Ailəsinin Zərifənin öz istəyi ilə getdiyini təsdiqləməyinə baxmayaraq ancaq  bu deyilənlərə məktəb drektoru heçcürə inana bilmir.

 “Mənim özümdə heç inana bilmirəm. Ancaq bu sir deyil. Biz müsəlmanlarda belədir bilirsizmi. Yəqin ki, ona toxunublar yəqin ki, oda çəkinib və ailəsinin təzyiqi ilə orda qalmağa məcbur olub”.

Fəal Marneuli sakini hansının ki, köməyi ilə bu hadisə haqqında hər kəsin xəbəri oldu. Polisin qeyri efektiv çalışdığnı deyir. Nona Samxaradze bildirir ki, hadisə haqqında Təkəli məktəbinin müəllimi Maka Menteşaşvili məlumat alıb.

“Maka mənə zəng etdi və hadisə haqqında məlumat Verdi. O, dəqiqə xalq müdafiəçisinə zəng etdim. Saat 6-ya kimi nə facebookda nədə heçhkimə heçnə demədim. Ancaq saat 6-dan sonra birdaha Makaya zəng etdiyimdə o, mənə hələdə bir xəbər olmadığını və axtardıqlarını dedi. Mən 100 faiz əminəm ki, qızı polis həmin gün axtarıb qaytarsa aile qəbul edəcəkdi. Agsaqqalar qızın fikrini qatdıqdan sonra artıq qız fikrini dəyişmişdi”.

2017-ci ilin 1 yanvar tarixindən 18 yaşına kimi evlilik qanun ilə qadağan olundu. Ancaq bu fakt 28 yaşında oğlanın 17 yaşında bir qızı qaçırtmasına mane olmadı. 5000 larilik qarşılığında Zərifə Məmmədxanova bir aydan sonra qaçıranın qanunla həyat yoldaşı olacaq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register