2017-ci ildə Vaşlicvari və Marşal Gelovani prospektini birləşdirən estakadanın tikilməsi planlaşdırı
2017-ci ildə, Tbilisidə bir neçə yolu və Vaşlicvari və Marşal Gelovani prospektini birləşdirən estakadanın tikilməsi planlaşdırılıb.
Bu barədə bəyanatı Tbilisi merinin müavini İrakli Lekvianidze verdi. Onun açıqlamasına görə, qeyd olunan infrastruktur işləri yol təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilir.
“Bir neçə yeni yolun layihəsi hazırlandı, onların arasında Napetvrebi-Axaldaba-yı birləşdirən yol da var.
Hazırda Tbilisi-Rustavi avtomagistralının tikintisi həyata keçirilir. Vaşlicvaridən Marşal Gelovani prospektinə doğru estakadanın tikilməsi, digər layihələrlə bərabər, layihə planının hazırlandığından sonra başlayacaq” – dedi Lekvianidze.
Bundan başqa, Ağmaşenebeli xiyabanında iki piyada keçid körpüsü tikiləcək.
Tbilisi merinin müavinin məlumatına görə, cari ildə yol infrastrukturunun tam şəkildə, tənzimlənməsi planlsşdırılır.
az.gpb.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments