Avropa Şurasının qərarı ilə Gürcüstan və Rusiya arasındaki münaqişə təsdiq olundu
Avropa Şurası Nazir müavinləri komitəsi Gürcüstanın işğal edilmiş ərazilər məsələsindəki vəziyyət haqqında qərar qəbul etdi.
Gürcüstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Avropa Şurası Nazir müavinləri komitəsinin 1285-ci iclasında, “Avropa Şurası və Gürcüstandaki münaqişə” adlı mövzu çərçivəsində, presedentsiz bir qərar qəbul edildi.
“Qeyd olunan qərar, Gürcüstanın işğal edilmiş ərazilərinin beynəlxalq hüquqi statusunun müəyyən edilməsi və həmin regionlarda insan hüquqlarının qorunması məsuliyyəti baxımından, çox əhəmiyyətli bir addımdır. Qərarda bir başa qeyd edilir ki, Gürcüstan, Rusiya Federasiyasının qeyri-qanuni hərəkətlərinə görə və regionlarda rus hərbi qüvvələrinin yerləşdiyinə görə, öz ərazilərində legitim yurisdiksiya apara bilmir. Bundan irəli gələrək, ilk olaraq, dövlətlər, beynəlxalq təşkilatın qərarında, qəti mövqe formalaşdırdılar ki, Rusiya Federasiyasının hərəkətləri, Gürcüstan üçün, öz regionlarında legitim yurisdiksiya aparmağa mane olur” – deyilir Xarici İşlər Nazirliyinin bəyanatında.
Nazirlikdən gələn məlumata görə, ilk olaraq, qeyd olundu ki, Gürcüstan və Rusiya Federasiyası arasında münaqişə var.
Şəlalə Əmircanova516 Posts
0 Comments