Ağ Məmmədli kəndində Qadınlar Klubu Açıldı

qadin kulubu

4 may tarixində Marneuli Bələdiyyəsinin Ağ Məmmədli kəndində, “Vətəndaş Büdcəsi” bələdiyyə layihəsi çərçivəsində, yerli sakinlərin təşəbbüsü və fəallığı nəticəsində Qadınlar Klubu fəaliyyətə başladı.

Layihənin məqsədi icmada yaşayan xanımların ictiami həyatda fəallaşmasına dəstək olmaqdır. Kənd də yaşayan qadınların fəallığı yerli və bələdiyyə səviyyəsində qərarların qəbulunda iştirakı cəmiyyət üçün çox mühümdür.

Sözü gedən məkan müxtəlif təşəbbüs qrupları yaxud qeyri hökumət sektoru nümayəndələri tərəfindən görüş keçirmək, yeni layihələr planlaşdırmaq və digər mühüm tədbirlər görmək üçündə istifadə oluna bilər.

Onuda qeyd etmək yerinə düşər ki, “Vətəndaş Büdcəsi” layihəsi həyata keçirilən zaman Qadın Klubunun açılması barədə ideanı Ağ Məmmədli kənd sakini Nərgiz Məmmədova irli sürüb. Klubun açılmasını əhalinin əksəriyyəti istəyirdi və onun açılıb fəaliyyətə başlaması üçün yerli büdcədən 14 200lari ayrıldı.

Qeyd olunan klub kəndin Mədəniyyət Evində yerləşir. Burada Qadınlar Klubuna ayrılan sahədən əlavə yerli büdcə hesabına başqa təmir işləri də aparılıb. Binanın iki otağı tam təmir olunadaq dam örtüyü dəyişdirildi, bunun üçün 66 750lari xərcləndi.

Rəntənəli açılış mərasimində Bələdiyyənin Sədri Nəbi Abdullayev, İcra Başçısı Merab Topçişvili, müavini Akif Əliyev, Özünüidarəetmənin əməkdaşları, bələdiyyədə çalışan qeyri hökumət təşkilatlarının nümayəndələri və s. iştirak etdilər.

Elə bu gün, Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili Ağ Məmmədli sakinləri ilə də görüşdü. İcra Başçısı sakinlərin problemləri ilə şəxsən maraqlanaraq, səlahiyyətləri çərçivəsində onların həllinə çalışacağını bildirdi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register