Təbii qazın qiymətinin artması gözlənilir

kaxa kalace

“Gürcüstanda təbii qazın qiymətinin  artması istisna deyil”. KİV vasitələrinin məlumatına görə bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Tənzimləmə Komissiyası təbii qazın tarif qiymətinin artması ilə bağlı məsələ üzərində işləyir: “Hələlik gözləmək lazımdır. Təbii qazın tarif qiymətinin artması istisna deyil, bunu sonra biləcəyik. Bəlkə qiymət artımı olmayacaq, buna görə də gözləmək lazımdır,” Kaxa Kaladze bildirib.

Qeyd edək ki, qaz sektorunda fəaliyyət göstərən şirkətlər təxminən 2 ay əvvəl təbii qazın tarif qiymətini nəzərdən keçirmək üçün Gürcüstanın Enerji Tənzimlənməsi və Su Təchizatı bölməsi üzrə Milli Komissiyasına (GNERC) müraciət ediblər. GNERC şirkətlərin tarif ərizəsi əsasında  ictimai inzibati icraata başlayıb.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register