Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Yeni “Windows 10 S” əməliyyat sistemində qurulmuş brauzeri dəyişmək mümkün olmayacaq. Istifadəçi rəsmi “Windows Store” mağazasından başqa brauzerlər yükləyə bilər, lakin onların hamısı yalnız standart “Microsoft Edge”də açılacaq. Bundan başqa, defolt axtarış sistemini də dəyişmək mümkün deyil. “Edge” və “İnternet Explorer”də standart axtarış sistemi “Bing”dir. “Microsoft” yeni əməliyyat sistemini mayın 2-də təqdim edib. “Windows 10 S” ilk növbədə məktəblilər və tələbələr üçün nəzərdə tutulub və “Windows 10”un sadələşdirilmiş versiyasıdır. “Windows 10 S”də əlavələri yalnız “Windows Store”dan yükləmək mümkündür. Tərtibatçılar bunun təhlükəsizlik məqsədilə edildiyini deyiblər. 49 dollar xərcləyərək “Windows 10 S”i “Windows 10 Pro” səviyyəsinə qədər yaxşılaşdırmaq olar.

1

Ufada cihazların tonqaldan enerji toplamasına imkan verən avadanlıq yaradılıb. Unikal cihaz yaxın zamanlarda kütləvi istehsala buraxılacaq. Cihazın tərtibatçısı Aydar Xayrullin olub. Cihaz USB dəliyi olan kiçik manqalı xatırladır. O, ancaq smart-cihazları doldurmur, həmçinin fənər və səfərlərdə istifadə olunan digər cihazları da doldurmaq üçün istifadə edilir. Tərtibat artıq istər Rusiyada, istərsə də xaricdə olan turistlər arasında müəyyən populyarlıq qazanıb. Tərtibatçı qeyd edir ki, ən çətini elektrik enerjisinin generasiyası üçün optimal temperaturun seçilməsidir. Bu cihazın tərtibatı üçün Aydar Xayrullinə 2 il müddət lazım gəlib ki, müəyyən sınaqlar keçirsin və patent alsın. O, Samarada keçirilən “iVolga” elm müsabiqəsində qalib gəlib və istehsala başlayıb. Artıq ilk 100 cihaz sifarişçilərinə göndərilib.

2

İsveçli tərtibatçılar dünyanın ən sürətli lentli fotokamerasını yaradıblar. Bu fotokamera 0,2 trilyon saniyədə baş verənləri qeydə almağı bacarır. Yeni cihazın köməyi ilə işığın hərəkətini görmək mümkündür. Belə ki, çəkiliş sürəti saniyədə 5 trilyon kadr təşkil edir. Kameranın unikal fəaliyyətini kağız qalınlığında olan məsafəni keçən işıq fotonları nümayiş etdirir. Əslində isə bu iş piksaniyəni əhatə edir. Ancaq yeni kameranın vasitəsilə baş verən hadisəni nəinki qeydə almaq, hətta yavaşladılmış tempdə müşahidə etmək də mümkündür. Qeyd edilən effekti çəkilən obyektə kodlaşdırılmış işıqla istiqamətlənmiş olduqca sürətli lazer vasitəsilə əldə etmək mümkündür. Kameranın saxlanması işıq fotonlarının vaxtından az olduğu üçün, bu zaman çəkiliş zamanı tam seriya belə işıqlar əmələ gəlir.

3

“Apple” korporasiyası 1 milyard dollarlıq fond yaradaraq texnoloji baxımdan mürəkkəb istehsalat yaratmış ABŞ şirkətlərinə yatırım etmək fikrindədir. Bunu “Apple”ın baş direktoru Tim Kuk deyib. O bildirib ki, bununla “Apple” yeni iş yerləri yaradılmasına töhfə vermək istəyir. Fondun vəsaitlərinin yönəldiləcəyi ilk şirkət bu ay açıqlanacaq. T. Kuk korporasiyanın təhsil proqramlarını, məsələn, proqramlaşdırma və ya proqram əlavələri yaradılmasını da maliyyələşdirəcəyini, bu barədə yayda ətraflı məlumat verəcəklərini söyləyib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “Apple”ı Çində istehsalat yaratdığına görə tənqid edib. T. Kuk isə ABŞ daxilində 2 milyon iş yeri yaratdıqlarını açıqlayıb. Bunun 80 mini bilavasitə korporasiyanın tərkibində, digərləri isə əməkdaşlıq edilən qurumlardadır.

4

“Facebook” sosial şəbəkəsindəki emodzilər artıq şərhlər üçün də keçərlidir. Artıq istifadəçilər statuslara olduğu kimi, şərhlərə də emodzilər vasitəsilə münasibət bildirə biləcəklər. Hələ ki yeni funksiya bütün istifadəçilər üçün əlçatan deyil. Yaxın günlərdə dünya üzrə bütün istifadəçilər bu funksiyadan yararlanacaq. Yeni funksiya sayəsində istifadəçilər statuslara, paylaşımlara öz reaksiyalarını şərh yazmadan da ifadə edə biləcəklər.

5

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı smartfonlardan bezmisiniz? Elə isə dünyada ən balaca 4G smartfon olan Jelly ilə tabnış olun. Galaxy S8 və iPhone 7 ilə müqayisədə sözügedən mobil cihaz, uşaq oyuncağı kimi görünür. Lakin onun 2.45 inç-lik ekranına aldanmayın. Belə ki, Jelly, 1.1 GHz tezlikli prosessor, 2 GB RAM və 950 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu mobil cihaz yaradıcılarının sözlərinə əsasən Jelly, tam enerji dolu vəziyyətdə 3 gün adi işlətmə rejimində, 7 gün isə avtonom rejimdə çalışa bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 7 (2900 mAh) və Galaxy S8 (3500 mAh) bir dəfə enerji yığmadan sonra maksimum 1-1.5 gün çalışa bilirlər. Bundan əlavə olaraq bu kiçik smartfon, Android 7.0 Nougat əməliyyat sistemi ilə çalışır. Məlumatların saxlanması üçün Jelly, 16 GB daxili yaddaşa sahibdir və microSD vasitəsilə həmin göstəricini 32 GB-a kimi qaldırmaq olar. Həmçinin Jelly, 8 MP-lik arxa və 2 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Bu layihə Kickstarter vasitəsilə reallaşdırılır və hal-hazırda yaradıcılar artıq 250.000 dollar vəsait əldə ediblər. Alıcılar isə onu Kickstarter-də 69$ qiymətinə ön sifariş edə bilərlər. Smartfon satıaş çıxanda onun qiyməti 109$ təşkil edəcək.

6

Veb sayt sahiblərinin HTTPS təhlükəsiz protokoluna keçid kampaniyası “Google” şirkətinin təhlükəsiz internet yaratmaq strategiyasının bir hissəsidir. “Chrome 62” versiyasından etibarən brauzer HTTP protokolundan istifadə edən saytlara daxil olan internet istifadəçilərini daha aktiv xəbərdar etməyə başlayacaq. Ünvan sətrində hər hansı məlumatın daxil edilməsi zaman dərhal zəruri təhlükəsizlik protokolunun olmaması barədə xəbərdarlıq göstəriləcək. “Chrome 56” brauzerindən etibarən HTTP protokolundan istifadə edən səhifədə şifr və ya kredit kartlarının məlumatları daxil edildiyi zaman brauzerin ünvan sətrində URL-dan sağda “Sayta qoşulma təhlükəsiz deyil” xəbərdarlığı görsənməyə başlayıb. “Chrome” brauzeri gələcəkdə hər bir  problemli səhifə ilə əlaqədar təhlükə haqda xəbərdarlıq göstərəcək. “Chrome 62” brauzerinin yekun versiyası cari ilin oktyabrında istifadəçilərin ixtiyarına veriləcək.

7

İlin əvvəlində keçirilən “MWC 2017” sərgisində maraqlı qurğulardan biri olan “Sony” şirkətinin “Xperia XZ Premium” smartfonu təkcə gözəl xarici görünüşünə görə deyil, “Snapdragon 835” prosessoruna, “4K” formatlı ekrana, saniyədə 960 kadr tezliyində videoçəkiliş aparan unikal kameraya malik olması ilə diqqəti cəlb edib. Bu, mobil qurğular sahəsində mütləq rekord hesab edilir. İndiyədək istehsalçılardan heç biri belə nəticəyə nail olmayıb və yaxın gələcəkdə bunun baş verəcəyini gözləməyə dəyməz. Yeganə problem ondan ibarətdir ki, “MWC 2017” sərgisinin başa çatmasından iki ay ötməsinə baxmayaraq “Sony” hələ də yeni qurğunu satışa çıxarmayıb. Lakin “WinFuture” resursunun sahə üzrə məlumatlı şəxsi Roland Kvandt məsələyə bir qədər aydınlıq gətirib. Onun sözlərinə görə, “Xperia XZ” bu ilin yayında satışa çıxarılacaq. Məsələn, Yaponiyada smartfonu iyunun 1-dən etibarən əldə etmək mümkün olacaq. Eyni vəziyyət Böyük Britaniyadadır. Bunu, həmçinin “Amazon” onlayn mağazasının Britaniya nümayəndəliyi rəsmən təsdiq edib.

8

ABŞ-ıın “Google” şirkəti Çinin “Huawei” istehsalçısı ilə birgə “Android” mobil əməliyyat sistemi ilə işləyən kompüter yaradıblar. “HiKey 960” kompüteri tərtibatçılara müvafiq proqram təminatında “ARM” proqramları yaratmağa və yoxlamağa imkan verəcək. “Raspberry Pi” kompüterinin analoqu “Kirin 960” prosessoru, 32 QB daxili və 3 QB əməli yaddaşla təchiz edilib, “Bluetooth 4.2” və “Wi-Fi 802.11 b/g/n/ac” modullarını dəstəkləyir. “HiKey 960” kompüteri “Linux” əməliyyat sistemini dəstəkləyir, robot, pilotsuz uçan aparat və “ağıllı” qurğuların yaradılmasında istifadə oluna bilər. Sistem lövhəsində HDMI çıxış, USB Type-C, USB 3.0 və “microSD” kartı üçün slot var. Komponentlərin əlavə edilməsi üçün 40 və 60 pinlik konnektorlar mövcuddur. “GPU Mali G7” qrafik kartı sayəsində 4K təsvir ölçülü displeylə işləmək mümkündür. Mayda çıxarılacaq qurğunun dəyəri 239 dollar təşkil edəcək.

9

“Google” şirkəti ikinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlayıb. Şirkət əməkdaşına bir sıra sınaqların keçirilməsi üçün “Walleye” kod adı ilə qurğu təqdim edilib. Bundan əvvəl əldə olunan məlumata görə, bu, “Pixel XL 2” smartfonudur. “Google” hazırda üç yeni smartfon, o cümlədən böyük ekrana malik qurğu hazırlamaqla məşğuldur. Yeni qurğuların birinci nəsil “Pixel” smartfonlarını əvəzləyərək “Google Pixel 2” (Muskie), “Google Pixel XL 2” (Walleye) və “Google Pixel XXL” (Taimen) adlanacağı gözlənilir. Hazırda ikinci nəsil “Pixel” smartfonlarının texniki xüsusiyyətləri barədə məlumat cüzidir. Qurğular səkkiznüvəli “Qualcomm Snapdragon 835” prosessor, 4 və ya 6 giqabaytlıq operativ yaddaş, “Adreno 540” qrafik sürətləndiricisi ilə təchiz edilməklə “IP67” və ya “IP68” standartı üzrə sukeçirməz olacaqlar.

10

Cənubi Koreyanın “Samsung” şirkəti istifadəçi sükan arxasında olan zaman daxil olan bildirişləri avtomatik cavablandıran “In-Traffic Reply” adlı əlavə üzərində çalışır. “In-Traffic Reply” proqramının mahiyyəti ondan ibarətdir ki, smartfon sensorları və GPS siqnalı istifadəçinin avtomobil idarə etməsini və ya velosiped sürməsini müəyyənləşdirərək seçilmiş şablonlarla daxil olan bütün bildirişlərə cavab verir. Hazırda Niderlandda sınaqları keçirilən əlavə seçim üçün iki cavab variantı – standart “Mən sükan arxasındayam, cavab verə bilmirəm” və şən animasiyalı versiyanı təklif edir.

11

“Microsoft Edge” brauzeri sonuncu dəfə aprelin əvvəlində “Creators Update” ilə birgə yenilənib. İndiyədək sistem yeniləmələri brauzerin versiyasının yenilənməsi, səhvlərin düzəlişi, optimallaşdırma və yeni funksiyaların tətbiqi üzrə yeganə vasitədir. Müqayisə üçün “Google Chrome” və başqa  brauzerlərdə düzəlişlər operativ şəkildə həyata keçirilir. “Neowin” resursunun məlumatına görə, “Windows 10” sisteminin sentyabr yeniləməsində “Edge” brauzeri sistemdən asılı olmayaraq yenilənmək imkanı əldə edəcək. “Microsoft Store” proqramlar mağazasında ayrıca “Microsoft Edge” proqramı təqdim ediləcək.

12

Daima yenilikləri ilə istifadəçilərinə sürpriz edən “WhatsApp” sosial şəbəkəsi möhtəşəm yenilik edib. Bəzən işimiz olduğu üçün bizə gələn ismarışlara baxa bilmirik. Məhz buna görə artıq “WhatsApp”da sizə gələn mesajları dinləyə biləcəksiniz.

13

Son zamanlar “Samsung” şirkəti faydalı mobil proqramlar hazırlayır. Aprelin əvvəlində “Samsung”un Niderlandda fəaliyyət göstərən bölməsi yollarda baş verən qəzaların sayını minimuma endirmək üçün “In-Traffic Reply” mobil proqramını hazırlayıb, iki həftə sonra Cənubi Koreya şirkətinin İtaliyada yerləşən bölməsi nitq qüsurlu insanlar üçün “Wemogee” proqramını təqdim edib. Bu günlərdə “Samsung” tərəfindən buraxılmış “Marshmallow” adlı mobil proqram sayəsində valideynlər öz uşaqlarının smartfonlardan istifadəsinə nəzarət edə bilirlər. “Samsung Marshmallow” mobil tətbiqi uşaqlara vaxtdan səmərəli istifadəni öyrədəcək. Valideynlər bəzi nəzarət elementləri təyin edə bilərlər, amma məsuliyyətin böyük hissəsi uşaqların üzərinə düşür. Valideynlər müəyyən proqramlardan istifadəni qadağan edə və yuxu vaxtını təyin edə, həmçinin uşağın smartfondan istifadəsinə dair gündəlik və həftəlik hesabatlar ala bilərlər. Smartfondan düzgün istifadə və vaxtdan səmərəli istifadəyə görə uşaqlar müxtəlif nailiyyətlər və xüsusi ballar toplayırlar. Lazımi miqdarda bal toplamış uşaq onu müxtəlif mağazalarda hədiyyə kartlarına dəyişə bilər: “Best Buy”, “Amazon”, “Dunkin Donuts” və sairə.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register