Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 5.5.2017-cı il.

1764-cü ilin 5 mayında Rusiyada ilk dəfə olaraq qızlar üçün təlim-tərbiyə müəssəsi yaradıldı.

Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu, fransızların imperatoru, İtaliya Respublikasının Prezidenti, İtaliya kralı, Reyn İttifaqının protektoru, İsveçrə Konfederasiyasının mediatoru, Berqin Böyük Hersoqu Napoleon Bonapart Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır. Səhətinin get-gedə pisləşməsilə 5 may 1821-ci ildə vəfat edir. Meyidi yarıldıqdan sonra 9 mayda dəfn edilir. Atopsiyanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.

Azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor  Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur.

5 may 1921-ci ildə Fransada “Şanel” ətrinin ilk təqdimetmə mərasimi keçirildi.

Star TV 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalıdı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə “Doğuş Yayın Grubu” adlı şirkətin tabeliyindədir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register