Dövlət yardımından təhsilə pul ayıra bilmir

Dövlət yardımından təhsilə pul ayıra bilmir

 Baris Məmmədxanovun 42 yaşı var. O, Marneuli rayonunun Təkəli kəndində yaşayır. Onun ailəsi 7 nəfərdən ibarətdir. Amma o, ailəsini saxlamaq üçün işləmək istəsə də, onun səhhəti buna imkan vermir.

Baris Məmmədxanov onu da əlavə etdi ki, yaşadıqları evin dam örtüyündə problemlər var, amma kənd icra nümayəndəsinin məlumatı olsa da onlara bu işdə köməklik göstərmir.

Onlar sosial yardım alsalar da aldıqları yardım onların ehtiyacını qarşılamır.

Onun dörd övladından ikisi təhsil alır. Biri ali məktəbdə, digəri isə orta məktəbdə. Gülgün Məmmədxanov ali məktəbdə təhsil alır və ondan kiçik olan qardaşı isə orta məktəbdə oxuyur.  Bəzən ali məktəbə getdiyində maddi çətinlik çəkdiyini deyir.

Sosial yardım alan Baris Məmməxanovun yaşadığı evinin dam örtüyündən evin içinə yağış yağanda su damır. İmkanı olmadığından onu bərpa edə bilmir. Biz icra numayəndəsi Dilənçi Bayramova müraciət etsək də, onunla əlaqə saxlaya bilmədik. Marneuli bələdiyyəsinə müraciət etdik və bələdiyyənin sədri Nəbi Abdullayev bizə bildirdi ki, sosial yardım alan ailələrə Marneuli Bələdiyyəsindən kömək göstərmək mümkündür.

Gürcüstan höküməti sosial yardım üçün hər il bücədən müəyyən miqdarda pul ayırır və yardıma ehtiyac olan ökə vətəndaşlarına köməklik göstərilir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register