İrakli Kobaxidze: “Gürcüstan Silahlı Qüvvələri prezidentə tabe olmayacaq”

“Özünüzü aldatmayın, silahlı qüvvələr bu gün də ölkə prezidentinə tabe deyil və sabah da belə olacaq”.
Bunu Gürcüstan parlamentinin sədri, Konstitusiyaya dəyişikliklər üzrə komissiyanın rəhbəri İrakli Kobaxidze mayın 5-də parlamentdə keçirilən müzakirələr zamanı söyləyib.
Onun sözlərinə görə, ölkənin Ali Baş Komandanı olmalıdır: “Gürcüstanda Ali Baş Komandan var və o, sabah da olacaq. Ali Baş Komandan prezidentdir. Amma heç kim öz-özünü aldatmasın, silahlı qüvvələr bu gün prezidentə tabe deyil və sabah da tabe olmayacaq. Silahlı Qüvvələr Ali Baş Komandanın əmrinə tabe deyil və sabah da belə olacaq”.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register