Gürcüstanda “NATO həftəsi – 2015”-in açılışı oldu

natooo

25 oktyabr saat 18:00  Gürcüstanda “NATO həftəsi – 2015”-in rəsmi açılış mərasimi oldu.
Tədbir Tbilisi şəhər sakrebulosunun binasında baş tutub. NATO həftəsinin açılışında Prezident Qiorqi Marqvelaşvili də öz xanımı ilə birgə də iştirak edib. Eləcə də Xarici İşlər Naziri, Nazir müavini Qiorqi Kvirikaşvili, Avropa və Avroatlantika strukturlarına inteqrasiya məsələləri üzrə dövlət aparatı naziri Davit Bakradze, diplomatik korpus nümayəndələri, NATO informasiya mərkəzinin əməkdaşları da açılış mərasimində iştirak ediblər.nato 1

Xatırladaq ki, NATO həftəsi Gürcüstanda  artıq 8 ildir ki, qeyd olunur və Avropa və Avroatlantika strukturlarına inteqrasiya məsələləri üzrə dövlət aparatı, Müdafiə nazirliyi, NATO informasiya mərkəzi və Gürcüstanda Ruminiya səfirliyinin dəstəyi ilə həyata keçirilir. Həftə çərçivəsində paytaxtda və regionlarda müxtəlif tədbirlər qeyd olunacaq.

NATO həftəsi 8 noyabr tarixində “NATO kuboku” media turniri ilə başa çatacaq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register