Yerli əhalinin özünü idarəetmədə iştirakı

internet

Yerli bələdiyyənin inkişafı üçün onun idarə olunmasında əhalinin iştirakı vacibdir, bunun ən gözəl imkanı isə elektron xidmətlərdən istifadədir. Marneuli bələdiyyəsinin veb-səhifəsi  bir neçə ay idi ki, idarə olunmurdu. Düz 37 gün bundan əvvəl veb-səhifənin idarə olunmamasından – dil maneəsi və elektron ismarıcların göndərilməməsindən bəhs edən süjet hazırlamışdıq. Bu mərhələdə elektron ismarıcların göndərilməsi problemi həll olunub. Bunu Marneuli bələdiyyəsinin analiz və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tinatin  Marşaneişvili də təsdiqlədi.

Təxminən 9 aydır ki, yerli bələdiyyənin veb-səhifəsinin yenidən qurulması davam edir, bununla belə dil maneəsi problem olaraq qalır. Marneuli bələdiyyəsinin analiz və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tinatin  Marşaneişvilinin dediyinə görə, bütün bunlar problem təşkil etmir, çünki əhali üçün mühüm olan məlumatlar Azərbaycan dilinə tərcümə olunur və sosial şəbəkələrdə paylaşılır.

Buna baxmayaraq ki, məlumatlar azırbaycan dilinə tərcümə olunun o stat şəklində deyildə şərhlər blokunda yerini alır.

Gürcü Arzusunun majoritar deputatı Ruslan Hacıyev dil maneəsi problemini vurğulayır və bildirir ki, bu problemin aradan qaldırılması üçün zamana ehtiyac var.

Yerli munisipalitetin veb səhvəsinin idarə olunması kimin öhdəliyindədir? Bu məsələ ilə bağlı bizə yerli demokratiya şəbəkəsinin rəhbəri Davit Losaberidze söhbət açdı.

David Losaberidzenin məumatına görə yerli munisipalitetin rəsmi veb səhvəsinin məhs munisipalitetin öhtəliyidir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register