Qullar icra nümayəndəsi həbs edildi

Dövlət Təhlükəsizlik Xidməti Marneuli icra başçısının səlahiyyətli nümayəndəsini rüşvət üstündə həbs edib.

Dövlət Təhlükəsizlik Xidmətinin Rüşvətlə Mübarizə Agentliyinin əməkdaşları rüşvət alması faktı üstündə Marneuli bələdiyyəsinin Qullar icmasındakı səlahiyyətli nümayəndəsi Qəşəm Qarayevi həbs edib.

Dövlət Təhlükəsizlik Xidmətindən Marneuli radiosuna verilən məlumata görə, istintaq zamanı məlum olub ki, Qəşəm Qarayev Gürcüstan vətəndaşı Georgi K. və Nepal respublikası vətəndaşı Aşok K. üçün 50 ton kənd təsərrüfatı məhsulunun mənşəyi haqqında saxta məlumatların yer aldığı arayış düzəltməyə kömək edəcəyini vəd edib. Bu köməyin əvəzində isə Qəşəm Qarayev rüşvət şəklində 5500 lari tələb edib, bundan 500 lari həcmində məbləği əvvəlcədən alıb, qalan 5000 lari isə arayışı verdiyi zaman alacağını bildirib.

Qəşəm Qarayev məbləği alan zaman rüşvətlə mübarizə Agentliyinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs kimi saxlanılıb. Ona verilən 5000 lari isə maddi sübut kimi götürülüb.

Rüşvət alma faktı üzrə istintaq davam edir (Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə 6 ildən 9 ilədək həbs nəzərdə tutulur). İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin Rüşvətlə Mübarizə Agentliyi həyata keçirir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register