Birinci sinifə şagirdlərinin elektron qeydiyyatı başladı

Təhsil Nazirliyinin verdiyi məlumata görə  birinci sinfə şagirdlərin qeydiyyatı aprelin 10-dan balsamışdır. Qeydiyyat prosesi iki mərhələyə bölünmüşdür və birinci mərhələ başa çatmışdır. İndi isə ikinci mərhələyə start verilib. İkinci mərhələdə elektron  qeydiyyat həyata keçiririlir. Elektron qeydiyyat 2017-ci il mayın 8-dən iyulun 1-ə qədər davam edəcək. Məktəb yaşı çatmış hər bir uşaq qeydiyatdan keçə bilər. Qeydiyyat Təhsil Nazirliyinin İnformasiya Sisteminin İdarəsinin rəsmi veb-səhifəsində həyata keçirilir. Bunun üçün  WWW.EMIS.GE saytına daxil olmalısız.

Sənədlərin qəbulu isə iyunun 2-dən iyunun 15-nə qədərdir. Sənədləri vaxtında təqdim edilmədiyi halda qeydiyyat ləğv olunur.

III mərhələ isə 19 iyun 30 iyul tarixini əhatə edir.

Marneuli məktəblərinin qeydiyyatın ikinci mərhələsindən məlumatları varmı. Bu haqqda Marneuli Təhsil Mərkəzinin rəhbəri vəzifəsini icra edən Kənan Ömərov radiomuza məlumat verdi:

“2017-2018-ci tədris ili üçün birinci siniflərin qeydiyyatı 10 aprel tarixindən başlamış elan edilib. Sentyabr ayının 15-dək altı yaşı tamam olan gələcək şagirdlərmiz  qeydiyyatdan keçə bilərlər və bu barədə hər bir məktəb məlumatlıdırlar”. 

Onu da əlavə edim ki, Gürcüstanda orta məktəbə qəbul 6 yaşından başlayır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register