Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çinin BYD şirkəti ABŞ-ın Kaliforniya ştatında keçirilən Lonq Biç sərgisində zibilyığan elektromobilini təqdim edib. Təqdimat mərasimində bildirilib ki, hər bir zibilyığan elektromobil özünün dizellə işləyən analoqu ilə müqayisədə ildə 13 min dollara qənaət etməyə imkan verəcək. Bir dəfə enerji ilə doldurulma zibilyığan elektromobilə 122 km məsafə qət etməyə imkan verəcək. Zibilyığan elektromobillər BYD-nin Kaliforniyadakı zavodunda yığılacaq.

1

“ScientiaMobile” analitik şirkətinin mütəxəssisləri bu ilin birinci rübündə əldə etdikləri statistikanı təhlil edib və daha çox populyar olan “Samsung” mobil cihazlarının müəyyən ediblər. “ScientiaMobile” analitikləri mobil cihazlardan qlobal şəbəkə resurslarına çıxışın məlumatlarına istinad edirlər. Apreldə daha çox trafiki “Samsung Galaxy S7” smartfonlarının sahibləri istifadə edib, mart ayında ilk yer “Samsung Galaxy S5” modellərinə məxsusdur. Bu model 2015-ci ilin noyabr ayında, satışlara başlanılandan 579 gün sonra yayılma genişliyinə görə zirvəyə çatıb. “Samsung Galaxy S6”-nın yayılma piki isə 2016-cı ilin iyun ayına, satışların başlanıldığı 428 gündən sonra çatıb. “Samsung Galaxy S7” modeli özündən əvvəlki modelləri satışa başlanılması ilə 400 gün qabaqlayıb. Onun populyarlığı hazırda artmaqda davam edir.

2

“Snapchat” bir növ gənc auditoriya üçün televiziya olacaq. Bu barədə şirkətin əməkdaşları xəbər verib. Qeyd edilir ki, “Snapchat” hər gün gənclər üçün şou yayınlamaq məqsədilə artıq bir neçə televiziya holdinqi ilə müqavilələr imzalayır. Son aylar ərzində “Snapchat” artıq BBC, “Metro-Goldwyn-Mayer”, “Discovery”, “Vice Media” və başqaları ilə razılığa gəlib. Populyar əlavənin xüsusiyyətini nəzərə almaqla, video virtual olaraq yayımlanacaq. Şirkətdə əmindirlər ki, realiti şoular, cizgi filmləri və trillerlər uğur qazanacaq, bununla da istifadəçilərin əlavə qarşısında keçirdikləri vaxtı artırmaq mümkün olacaq.

3

Şəbəkə piratçılığı ilə mübarizə üçün texnologiyanın yaradılması ilə məşğul olan “Muso” şirkəti daha çox qeyri-leqal kontentdən istifadə edən ölkələrin reytinqini tərtib edib. Analitiklər statistik məlumatların təhlilini apararaq bu nəticəyə gəliblər ki, ən pirat ölkə Belarusdur. İkinci yerdə Litva, üçüncü yerdə Gürcüstan gəlir. “Liderlər”in üçlüyündən sonrakı yerdə Ukrayna qərarlaşıb. Bu siyahını daha bir Baltikyanı ölkə qapayır – Latviya. Rusiya ilk beşliyə daxil edilməyib. Mütəxəssislər qeyd edirlər ki, ötən il ərzində piratların sayı 6 faiz azalıb. Ancaq bununla belə, vəziyyət hələ də qane edilici deyil.

4

Britaniyanın Çeşir qraflığında yaşayan Hindistan əsilli 12 yaşlı Racqauri Pavar “İQ” yoxlanması (intellekt göstəricisi ) zamanı 162 bal toplayaraq Albert Enşteyn və Stiven Hokinqin göstəricilərini üstələyib. Bunu “The Independent” qəzeti yazıb. İnformasiyaya görə, yoxlama Mançestrdə keçirilib. Racqauri Pavar adlı qızın göstəricisi 18 yaşadək olanlar arasında maksimum sayılır. Nəticələr açıqlanandan sonra ona Britaniyanın yüksək intellektli insanların “Mens” Cəmiyyətinə üzvlük təklif edilib. Qeyd edək ki, dahilər üçün “İQ” 140 bənddir. Albert Enşteyn və Stiven Hokinq 160 bal toplayıblar.

5

Məlumatların ötürülməsi üçün enerji cəhətdən səmərəli texnologiya təqdim edilib. “Disney Research”in əməkdaşları tərəfindən hazırlanmış sistem bizi əhatə edən radiodalğalardan təkrar istifadə nəticəsində məlumatları ötürməyə imkan verir. RFID nişanlar, həmçinin analoji üsuldan istifadə edirlər, ancaq belə rabitə geniş diapazona malik deyil və  nəticədə “əşyalar interneti” üçün az səmərəlidir. Eyni zamanda “Disney Research”in həlli xeyli sayda mənbə və kanal təklif edir ki, bu da öz növbəsində kifayət qədər böyük diapazonu  təmin edir. Testlərin nəticəsinə əsasən, alimlər məlumatları 50 metr məsafəyədək ötürməyə nail olublar. Yeni həllin əsas özəlliyi az enerji istehlak etməsidir. Sözügedən texnologiya ucqar rayonlarda, sivilizasiyadan uzaq yerlərdə tamamilə faydasızdır. Bununla belə, “Disney Research”in ixtirası “ağıllı” ev konsepsiyası çərçivəsində tətbiq edilə bilər.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register