Kürtlər kəndində Böyük Vətən Müharibəsinə həsr olunmuş tədbirlər keçirildi

Kurtlar

9 may tarixində Marneulidə və bələdiyyənin kədlərində Böyük Vətən Müharibəsinə həsr olunmuş tədbirlər keçirildi. Bu tədbirlərdən biri də Kürtlər kəndində baş tutdu. Kəndin mərkəzində yerləşən 1941-1945-ci illərdə müharibədə iştirak edən, müharibədə həlak olanlar və itkin düşənlərin abidəsi qarşısında tədbir keçirildi. Tədbirdə məktəb şagirdləri, müəllimlər, kənd sakinləri, qonaqlar və hökümət nümayəndələri iştirak etdilər. Giriş sözünü Kürtlər ictimai məktəbinin müəllimi Məmməcanov Aslan açaraq müharibədə iştirak edən müharibə vetaranlarından və onun acılı xatirələrindən danışdı. Məktəbin tarix müəlliməsi Akuş Qocayeva müharibə və onun tarixi haqqında şagirdlərə məlumat verdi.
Tədbirdə iştirak edən Kürtlər ərazi vahidliyinin nümayəndəsi Bəxtiyar Hüryənov radiomuza onu da bildirdi ki, ərazi vahidliyində olan 2 müharibə vetaranına bələdiyyə tərəfindən hədiyyələr veriləcək.
Tədbir məktəb şagirdlərinin hazırladığı çıxışlar ilə başa çatdı.

IMG_20170506_194540

IMG-20170509-WA0000

IMG-20170509-WA0002

IMG-20170509-WA0003

IMG-20170509-WA0004

IMG-20170509-WA0005

IMG-20170509-WA0006

IMG-20170509-WA0007

IMG-20170509-WA0008

IMG-20170509-WA0009

IMG-20170509-WA0010

IMG-20170509-WA0011

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register