24 illik aradan sonra Marneulidə “Cavaxişviloba” bayramı qeyd olundu

mixeil cavaxisvili

 

25 oktyabr tarixində Marneuli munisipolitetinin yerli özünüidarəetməsinin təşəbbüsü ilə Tserakvi kəndində gürcü yazarı Mixeil Cavaxişvilinin 135 illik yubiley tədbiri keçirildi.

Yubiley tədbirində Gürcüstanın mərkəzi və yerli hakimiyyət nümayəndələri, yazarlar, aktyorlar, yazarın ailə üzvləri iştirak etdilər. Tədbirdə bir daha yazarın həyat və yaradıcılığı yad edildi.

Yubiley tədbiri çərçivəsində eləcə də Marneulidə yaşayan Manuçar Papitdze və Nini Tsartsidzenin əl işləri və Marneuli munisipolitetinin mədəni irsini əks etdirən fotolar sərgiləndi. Eyni zamanda Mixeil Cavaxişvili epoxası dövrünü təsvir edən kənd və şəhər etno-guşələri sərgiləndi.

Cavaxişviloba bayramı Tserakvi kəndində 1991-ci ilə qədər ənənəvi olaraq hər il qeyd olunurdu. Sonra  təəssüf ki, bayram unuduldu. 24 illik aradan sonra Marneulidə ilk dəfə bayram yenidən qeyd olundu.

kitablar cavaxisvili

serakvi

mixeill

cavaxisvilii

mixeil

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register