Lujkov: “Abxaziya və Cənubi Osetiya ayrılandan sonra Gürcüstan özünü yaxşı hiss edəcək”

_56396656_jex_1218659_de39-1[1]

   Keçmiş Moskva meri Gürcüstanın işğal edilmiş əraziləri və Rusiya-Gürcüstan münasibətləri haqda.

Tbilisidə səfərdə olan Moskvanın keçmiş meri Yuri Lujkov Gürcüstan jurnalistlərinə şərh verib. “Hesab edirdim ki, Abxaziya başqa ölkə və başqa xalqdır. Həmçinin də Osetiya. Əlbəttə, müəyyən nostalji və inciklik var, amma düşünürəm ki, bu regionlar ayrılandan sonra Gürcüstan özünü daha yaxşı hiss edəcək”, – Lujkov Gürcüstanın İctimai kanalına verdiyi müsahibədə bildirib.

Yuri Lujkov Gürcüstana 4 gün əvvəl gəlib və heç bir problemsiz sərhədi keçib. Daha əvvəl dəfələrlə Gürcüstanın işğal olunmuş ərazilərinə səfər etməsinə və bununld da Gürcüstan qanunvericiliyini pozmasına baxmayaraq.

“Sərhədi keçərkən, təbii ki, bizim bütün sənədlərimizi yoxlayıblar, amma sərhədçilər bizə heç bir sual verməyib. Bir də, biz turist qrupunun içində olduğumuz halda nə sual ola bilərdi ki? Mən qanunu bilirəm (işğal olunmuş ərazilər haqda), amma düşünürəm ki, olan olub, bütün anlaşılmazlıqlar geridə qalmalıdır”, – Lujkov deyib.

Moskvanın keçmiş meri qeyd edib ki, Gürcüstan üçün, xüsusən də gürcü çaxırı üçün Rusiya bazarı önəmlidir və hər iki ölkə gələcək haqda düşünməlidir.

Məqalədə ifadə olunmuş fikirlər müəllifin terminologiyasını və nəzər-nöqtəsini əks etdirir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Mənbə: jam-news.net

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register