Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Kaliforniya Universitetinin professorları Çingiz Ozkan və Mihri Ozkan tərəfindən elektrik nəqliyyat vasitələri və şəxsi elektronika üçün yüksək keyfiyyətli litium-ion batareyalar hazırlanıb. Batareyalar üçün nano silikon anod yaratmaq məqsədilə onlar tullantı şüşə qablardan və ucuz kimyəvi proseslərdən istifadə ediblər. Alimlərin sözlərinə görə, bu batareyalar elektrik və hibrid maşınlarının istifadəsini artıracaq, mobil telefon və dizüstü kompüterlərin (notbuk) az enerji yığmaqla daha çox istifadəsinə imkan yaradacaq.

1

Amerikanın məhşur şirkətlərindən biri olan “İnform” maraqlı bir cihaz hazırlayıb. Şirkət mütəxəssislərinin təşəbbüsü ilə hazırlanan çip dünyadakı ən kiçik əşyanı belə unutmağa icazə vermir. Amerikalıların yeni kəşfi insanların unutqanlıq dərdinə son verəcək. Təqib çipi adlanan cihaz itirilən şəxsi əşyaların yerini dəqiqliklə təsbit edir. Yeni nəsil ağıllı telefonlara bağlantılı şəkildə işləyən cihaz sizə şəxsi əşyanızdan müəyyən məsafədə uzaqlaşdığınız zaman ismarıc vasitəsilə xəbərdarlıq edir. Çipi istənilən əşyanın üzərinə birləşdirməyiniz kifayət edir. Çip hava limanlarında və avtobus terminallarında baqaj və şəxsi əşya itirmə riskini sıfıra endirəcək. Çip sadəcə cansız əşyalarda deyil, ev heyvanlarında, hətta körpələrdə belə istifadə edilə bilər. Çip 6 müxtəlif rəngdə istehsal olunacaq. Hazırlanan təqib çipinin dekabr ayında orta hesabla 100 dollardan başlayan qiymətlərlə satışa çıxacağı bildirilib.

2

Dünyanın ən böyük axtarış sistemlərindən bir olan “Google” inanılmaz səhvə yol verib. Milyonlarla istifadəçisi olan şirkət Şaban ayının 15-ci gecəsinin – Berat gecəsi tarixini səhv göstərib. Türkiyənin ən çox istifadə olunan axtarış sistemi istifadəçiləri çaşdırıb. “Google” üzərindən axtarış verən istifadəçilər göstərilən tarixin səhv olduğunu iddia edir. Hicri təqvimə əsasən Şaban ayının 14-dən 15-ə keçən gecə, Milladi təqvimi ilə may ayının 10-dan 11-ə keçən gecəyə təsadüf edir. “Google” isə bu tarixi may ayının 11-dən 12-ə keçən gecə olaraq göstərib. Qeyd edək ki, Berat gecəsi (Rəhmət və ya Mübarək gecə də adlandırılır – red) günahların bağışlanması üçün Allaha dualar oxunar. Allah bu müqəddəs gecədə bəndələrinin günahlarını bağışlayar və onlara böyük savab yazar. Bərat gecəsi Levhi mahfuzun endirildiyi gecə sayılır. Levhi mahfuz bütün zaman və məkan içində olmuş və olacaq hər şeyin yazılı olduğu kitabdır.

3

Dünyada məşhur olan İnsan Təhlükəsizliyi Radarı artıq Türkiyəyə gətirilib. Radio Marneuli Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorla mübarizədə ən yüksək səviyyədə təhlükəsizliyi təmin edən yeni sistem, insan axınına mane olmadan kütlənin sıx olduğu mühitlərdə canlı bombanı 10 metrdən müəyyən edə bilir. İnsan Təhlükəsizliyi Radarı saatda 10 min adamı müəyyən edir. İnsan Təhlükəsizliyi Radarı Orta şərqdən Avropa və Amerikaya qədər uzanan coğrafiyada bir çox ölkənin kəşfiyyat və təhlükəsizlik sistemində istifadə edilir. Yeni sistemin Türkiyənin terrorizmlə mübarizəsində əhəmiyyətli bir müvəffəqiyyət faktoru olacağı bildirilir.

4

Çinin sosial media platforması olan Veçat Rusiyada qadağan edilib. 927 milyon aktiv istifadəçisi olan Veçatın Rusiya internet idarəsinin hüquqi tənzimləmələrinə uyğun gəlmədiyi barədə məlumat yayılıb. İstifadəçilərə yeni qərar barədə məlumatı Veçat özü verib. Viber, Yutub, Feysbuk və Tvitter kimi sosial şəbəkələrin qadağan olunduğu Çində bu platformaların əvəzinə Veçat, Veibo, “Youku” və Renren kimi yerli alternativlər istifadə edilir.

5

Ötən ilin sonunda istifadəçilərə mövcud xəritələrə düzəlişlər etməyə imkan verən “Map Maker” servisinin fəaliyyətini dayandıran “Google” şirkəti bu həftə “iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “Google Maps” kartoqrafik əlavəsinin yolları redaktə etməyə imkan verən yenilənməsini təqdim edib. şirkət nümayəndələrinin məlumatına görə, “Map Maker” servisində ən çox istifadə edilən funksiyalardan biri yolları əlavə və redaktə etmək imkanı olub. Məhz bu səbəbdən “Google” şirkəti “Google Maps” mobil əlavəsinin son yenilənməsinə bu funksiyanı əlavə edib. Xəritəyə düzəlişlər etmək üçün yan menyunu açaraq “Rəy bildirmək” → “Yol əlavə etmək” bölməsinə daxil olmaq lazımdır. Bundan başqa, “Google Maps” servisinin veb versiyası və “Android” üçün əlavədə “Dördüncü səviyyəli yerli ekspert” səviyyəli istifadəçilər bundan sonra problemlər barədə bir neçə yol seqmentində məlumat verə biləcəklər.

7

ABŞ-ın “SpaceX” şirkəti xüsusi peyk qrupları vasitəsilə dünyada internetin paylanması üzrə proqramın istifadəyə veriləcəyi vaxtı açıqlayıb. “The Verge” saytı şirkətin vitse-prezidenti Patrisiya Kuperə istinadən məlumat verib ki, Yer orbitində şəbəkənin qurulmasına 2019-cu ildə başlanılacaq. “SpaceX” 2017-ci ildə orbitə ilk peyk prototipini, 2018-ci ilin əvvəlində isə növbəti belə prototipi buraxmağı planlaşdırır. İlk aparatlar texnologiyaların sınaqları üçün nəzərdə tutulub. Testlərin uğurlu keçəcəyi təqdirdə ilk şəbəkə seqmentləri 2019-cu ildə kosmosa çıxarılacaq. Məlumata görə, tam gücü ilə 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılan şəbəkə 4425 peykdən ibarət olacaq və şirkətin hesabına qurulacaq yerüstü stansiyalar tərəfindən dəstəklənəcək. “SpaceX” peykləri orbitə öz istehsalı olan “Falcon 9” raketdaşıyıcıları ilə göndərmək niyyətindədir. Bunun xərcləri xeyli azaldacağı və digər təşkilatlardan potensial asılılığı minimuma endirəcəyi bildirilir. Vitse-prezidentin sözlərinə görə, peyk şəbəkəsi dünyada internetin qoşulması üçün fiziki infrastrukturun qurulması zərurətini aradan qaldıracaq. Şəbəkə istifadəçiləri üçün terminallar noutbuk ölçüsündə, bağlantı sürəti isə kabel qoşulması səviyyəsində olacaq. “SpaceX” daim peyklər üçün proqram təminatının təkmilləşdirilməsi, eləcə də şəbəkənin müxtəlif dəyişikliklərə uyğunlaşdırılması ilə məşğul olmağa hazırlaşır.

8

Almaniyanın Maks Plank adına İnformatika İnstitutunun, Danimarkanın Kopenhagen Universitetinin və Finlandiyanın Aalto Universitetinin tədqiqatçıları barmaqları əl üzərində hərəkət etdirməklə mobil qurğuları idarə etməyə imkan verən yeni “WatchSense” interfeysini təqdim ediblər. Hazırda konsepsiya istifadəçinin bazu önünə bərkidilən kiçik ötürücü ətrafında qurulur. Ötürücü istifadəçinin şəhadət və baş barmaqları saatın taxıldığı əlin arxa tərəfində, eləcə də onun yuxarı hissəsində hərəkət edən zaman onların vəziyyətini müəyyənləşdirir. İstifadəçi proqram təminatı müxtəlif hərəkətlər üçün ayrı-ayrı komandalar təyin edərək istifadəçilərə bənd edilən mobil qurğunun istənilən funksiyasını idarə etməyə imkan verir. Hazırda ötürücünün “ağıllı” saatdan ayrılmasına baxmayaraq tədqiqatçılar hesab edir ki, tezliklə miniatür ötürücüləri bilavasitə saatlara quraşdırmaq mümkün olacaq. Keçirilən laboratoriya testlərində “WatchSense” texnologiyasının smartfonlar üçün musiqi əlavələri ilə müqayisədə daha tez musiqinin səsini tənzimləyə və mahnı seçməyə imkan verməsi müəyyən olunub.

9

“Facebook” bütün dünya üzrə “Messenger” xidmətində onlayn oyunlar üçün “Instant Games”i işə salıb. Hazırda “Pokemon”dan başlayaraq “8 Ball Pool” kimi siyahıya 50-yə yaxın oyun daxildir. Bu barədə “Facebook Newsroom” rəsmi bloqu yazır. Əlavə olaraq, “Facebook” tərtibatşşılara oyunların səviyyəsi və mükafatlar barədə danışmaq üçün oyun botları yaratmağa imkan verib. “Instant Games” – istifadəçilər üçün çatda cavab gözləyən zaman messencerdən çıxmamağa və ya çata başlamağa səbəb və imkan verəcək bir məşğuliyyət olacaq. Şəbəkənin məlumatına görə, son 90 gün ərzində istifadəçilər “Messenger”də 1,5 milyon dəfə oyun oynamaq imkanı əldə ediblər. Hələlik xidmətdə bütün oyunlar pulsuzdur. Şirkətin fikrincə, oyun şəbəkəsinin inkişafı orada inkişaf etməlidir ki, orada istifadəçilər daha çox vaxt keçirirlər. Yəni, “Messenger”də…

10

“Strategy Analytics” analitik şirkətinin mütəxəssisləri bu ilin birinci rübündə daşınar elektron cihazların tədarükü barədə məlumatları öyrənib və müvafiq hesabat dərc ediblər. Onların hesablamalarına əsasən, cəmi üç ay ərzində 22 milyon ədəd daşınar cihaz tədarük edilib. Hesabat dövrünün nəticələrinə görə, bazarın təxminən 16 faizi tutan “Apple” şirkəti lider olub. Bundan öncə ilk yer “Fitbit” şirkətinə məxsus idi. Ötən ilin birinci rübündə 18,2 milyon ədəd cihaz tədarük edilib ki, bu da bir il ərzində 21 faiz artım deməkdir. Analitiklərin fikrincə, bu səbəb Şimali Amerika, Qərbi Avropa və Asiyada saatların yeni modellərinə artan tələbat olub. “Apple” şirkəti bir ildə tədarükünü 2,2 milyon ədəddən 3,5 milyon ədədə qədər artırıb ki, bu da onun payının 12,1 faizdən 15,9 faizə qədər artmasına səbəb olub. İkinci yerdə “Xiaomi” şirkəti yerləşir. İl ərzində şirkət tədarükünü 3,8 milyon ədəddən 3,4 milyon ədədə qədər azaldıb. Nəticədə onun payı 20,9 faizdən 15,5 faizə qədər azalıb. “Fitbit” şirkəti bir il öncə 4,5 milyon ədəd cihaz tədarük edib ki, cari rübdə cəmi 2,9 milyon ədəd cihaz istehsal edib. Nəticədə payı 24,7 faizdən 13,2 faizə qədər azalıb. Bazarın digər iştirakçıları ümumilikdə 12,2 milyon ədəd cihaz istehsal ediblər.

11

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti dünya smartfonlar bazarında liderliyini bərpa edib. Bu barədə “Strategy Analytics” şirkətinin tədqiqatında deyilir. Cari ilin birinci rübündə şirkət 80,2 milyon smartfon istehsal edib ki, bu da 2016-cı ilin analoji dövründən 2 faiz çoxdur. Sonrakı pillədə qərarlaşan “Apple” şirkəti 50,8 milyon “iPhone” tədarük edib. Bu göstərici ötən ilin yanvar-martında 51,2 milyona bərabər olub. Xatırladaq ki, 2016-cı ilin dördüncü rübündə “Apple” iri smartfon tədarükçüləri reytinqində birinci yeri tutub. Lakin “Samsung” istehsalçısı “Galaxy Note 7” modelinin uğursuzluğundan sonra tezliklə yenidən birinciliyə yüksəlməyə nail olub. Çinin “Huawei” şirkəti cari ilin ilk rübünün yekunları üzrə siyahıda üçüncü yerini qoruyub. Sonrakı yerlərdə daha iki Çin istehsalçısı – “Oppo” və “Vivo” qərarlaşıb. “LG” şirkəti “ZTE” və “Xiaomi” istehsalçılarını qabaqlayaraq altıncı pillədəki mövqeyinə qayıdıb. Analitiklərin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə qlobal smartfonlar bazarının həcmi 353,3 milyon ədəd təşkil edərək il ərzindən 6 faiz artıb. 2016-cı ilin ilk yarısında qurğuların satışında ilk dəfə 3 faiz azalma qeydə alınsa da, sonradan Çin və Braziliya kimi ölkələrdə iqtisadi vəziyyətin yaxşılaşması sayəsində tələbat əvvəlki vəziyyətinə dönüb.

12

“NetMarketShare” servisinin aylıq statistikasında “Windows 7” sisteminin dünya əməliyyat sistemləri bazarında payının yenidən azalması barədə məlumatlar dərc edilib. Sayt dünyada 40 mindən çox internet resursuna baxan 160 milyon unikal istifadəçi haqqında məlumatları nəzərə alır. Servisin 2017-ci ilin apreli üçün qiymətləndirməsinə görə, “Windows 10” qlobal miqyasda masaüstü kompüter və noutbukların 26,29 faizində quraşdırılıb. Bu göstərici bir ay əvvəl 25,36 faiz təşkil edib. Ay ərzində payı 49,42 faizdən 48,5 faizədək azalan “Windows 7” ən populyar fərdi kompüter platforması olaraq qalır. Bunadək sistemin göstəricisində üç ay ərzində artım qeydə alınıb. Aprelin yekunları üzrə liderlər üçlüyünü 7,04 faiz iştirak payı ilə “Windows XP” sistemi tamamlayıb. Bu, bir ay əvvəlin nəticəsindən 0,4 faiz bənd azdır. “Windows 8.1” sisteminin payı isə 6,66 faizdən 6,96 faizədək artıb. Bildirilir ki, “Windows 10” əməliyyat sisteminin mövqeyi platformanın “Windows 7” və “Windows 8.1” əsaslı kompüter istifadəçiləri üçün pulsuz quraşdırmasının dayandırılmasına baxmayaraq möhkəmlənməkdə davam edir. Hazırda “Windows 10” sisteminin “Home Edition” versiyasının qiyməti 119 dollar, “Pro” modifikasiyası üçün 200 dollar təşkil edir. “Windows 8” sisteminin uğursuz buraxılışından sonra “Microsoft” korporasiyası rahat rəqabətqabiliyyətli əməliyyat sistemi yaratmaq bacarığını sübut etməyə çalışıb. Lakin yeni məhsulun inkişafına yönələn səylərə baxmayaraq proqram təminatı istehsalçısı 2018-ci ilin ortalarınadək “Windows 10” sistemli 1 milyard qurğuya nail olmaq üçün qarşıya qoyduğu məqsədi yerinə yetirə bilməyəcəyini etiraf edib. Eyni zamanda “Microsoft” daha əvvəl bildirib ki, 2016-cı ilin noyabrınadək “Windows 10” 46 faiz payla fərdi kompüterlər üçün ən populyar əməliyyat sistemi olub. Korporasiyanın məlumatına görə, o zaman “Windows 7” və “Windows 8.1” sistemlərinin payı müvafiq olaraq 39 və 13 faiz təşkil edib.

13

ABŞ-ın “Google” şirkəti İtaliyada üzləşdiyi vergi problemi ilə bağlı bu ölkə hökuməti ilə anlaşıb. “Google” İtaliya vergi təşkilatı – “Agenzia delle Entrate” ilə razılığa gəlib. Buna əsasən “Google” İtaliya dövlətinə 306 milyon avro həcmində vergi ödəməyi qəbul edib. Bu rəqəm 2002-2015-ci illəri əhatə edir və həmin müddətdə ödənmiş vergilərə əlavə olaraq ödənəcək. “Agenzia delle Entrate”nin direktoru Rosella Orlandi təkcə dövlətin xəzinəsinə daxil olacaq vəsait baxımından deyil, gələcəkdəki faydaları baxımından da mükəmməl nəticə əldə etdiklərini bildirib. Qeyd edək ki, Milan Prokurorluğu ötən il maliyyə polisinə “Google”un vergi borcları ilə bağlı tədbir görmək barədə təlimat verib.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register