Gilas saplağı şəfa mənbəyidir
Gilas saplağı qədimdən bəri tibbdə geniş istifadə olunan bir bitki mənşəli şəfa mənbəyidir. Bir çox dərdə və xəstəliyə dərman olan və sağlamlığa müxtəlif faydaları olan gilas sapı eyni zamanda da böyrəklərin dostudur.
Bunun yanında gilas sapı metobolizmi sürətləndirir. Albalının sapları, bədənin maddələr mübadiləsində artığı olan və zəhərli toksik xüsusiyyətləri olan urik turşu və bəzi duzlarının bədəndən atılmasına köməkçi olur. Bununla yanaşı artritə, revmatizmə, bronxitə bitki mənşəli müalicə üsuludur. Oynaqların kirəclənməsi və damar sərtliyi kimi sistematik xəstəliklərin bitki mənşəli müalicəsində istifadə olunur.
Kölgədə yaxşıca qurudulan albalı saplağlarıyla hazırlanan dərmanları və ya çayları istehlak etmək yaxşılaşamanı təmin edir.
Saplağlar lazım olduğunda bir gün ərzində suda islanmaq və yumşalması üçün saxlanılır. Bir litr su içinə bir kiçik ovuc gilas sapı qoyulub qaynadılaraq əldə edilən çaydan gündə 3-4 fincan içilə bilər. Eyni zamanda bu dəmləmə gündə 2 dəfə əl və ayaq duşu şəklində də istifadə edilə bilər.
Amil Məmmədov2286 Posts
0 Comments