Dünyanın “pirat” ölkələri sırasında Gürcüstan üçüncü yerdədir
Şəbəkə piratçılığı ilə mübarizə üçün texnologiyanın yaradılması ilə məşğul olan “Muso” şirkəti daha çox qeyri-leqal kontentdən istifadə edən ölkələrin reytinqini tərtib edib.
Radio “Marneuli” “Daily” qəzetinə istinadən xəbər verir ki, analitiklər statistik məlumatların təhlilini apararaq bu nəticəyə gəliblər ki, ən pirat ölkə Belarusdur.
İkinci yerdə Litva, üçüncü yerdə Gürcüstan gəlir. “Liderlər”in üçlüyündən sonrakı yerdə Ukrayna qərarlaşıb. Bu siyahını daha bir Baltikyanı ölkə tamamlayır – Latviya. Rusiya ilk beşliyə daxil edilməyib.
Mütəxəssislər qeyd edirlər ki, ötən il ərzində piratların sayı 6% azalıb. Ancaq bununla belə, vəziyyət hələ də qaneedici deyil.
Amil Məmmədov2286 Posts
0 Comments