Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Azərbaycanlı gənc real ünsiyyətə sövq edən beynəlxalq miqyaslı sosial şəbəkə yaradıb. Proqramın yaradıcısı Elçin Əsgərovun sözlərinə görə, layihə unikallığı ilə seçilir. Platformadan həm veb-saytdan və həm də mobil tətbiqetmə vasitsəi ilə telefon və planşetlərdə istifadə etmək mümkündür. “Onbranch” adlı tətbiq məkanların 3d görüntüsünü təqdim etməklə yanaşı həmin məkanda olan insanların dəqiq yerlərini də dostlarına göstərir. Tətbiq istər biznes sahibləri, istər ictimai fəaliyyət subyektləri, istərsə də fərdi istifadəçilər üçün yeni imkanlar təqdim edir. Kafe və restoranlar qeydiyyatdan keçərək öz məkanlarının 3D görüntüsünü proqrama əlavə edə bilərlər. Onlar bununla biznes obyektlərini öncədən müştəriyə göstərə ,hətta qiymət və menyuda əlavə edə bilərlər. Azərbaycanlı gəncin ərsəyə gtirdiyi tətbiq dünyada ilk fərqli formatda layihə kimi qeydiyatdan keçib. Onbranç proqramı turizm məqsədi ilə geniş imkanlar da təqdim edir. Elçin Əskərovun sözlərinə görə hazırda onların heçbir maddi dəstəyə ehtiyacları yoxdur. Layihəyə beynəlxalq səviyyədə maraq olduğundan iyun ayında Londonda təqdimatı olacaq. Və yaxın gələcəkdə dünyanın aparıcı şəhərlərinin də məkanları əlavə ediləcək.

1

“Facebook”dan növbəti yenilik: Xarici dil bilməmək problem olmayacaq. Yeni inkişaf etdirilən süni zəka texnologiyası sayəsində “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin paylaşımları 9 müxtəlif dilə sürətli tərcümə olunacaq. “Facebook”dan verilən rəsmi açıqlamada şirkətin hazırda 45 fərqli dildə tərcümə xidməti təqdim etdiyi bildirilib. Şirkətin mühəndislərinin sözlərinə görə, CNN adı verilən sistem üsulu ilə insan beyninə bənzəyən süni sinir sistemi inkişaf etdirilir. Sözügedən yeni texnologiyanın köməyi ilə paylaşımlar daxilindəki sözlər yox, bütöv bir cümlə sürətli şəkildə tərcümə olunacaq. Bura müxtəlif dillərdə olan sabit söz birləşmələri də daxildir. “Facebook” bu yenilik vasitəsilə dünya miqyasında istifadə olunan dilləri və müxtəlif dövlətlərin vətəndaşlarını bir-birinə yaxınlaşdıracaq. Yeni texnologiya sayəsində “Facebook” istifadəçiləri paylaşdıqları mesaj və videomaterialları istədikləri dildə qoya biləcəklər.

2

Almaniya bərpa olunan enerji sahəsində yeni rekorda imza atıb. Aprelin 30-da ölkə üzrə istehlak olunan enerjinin 85%-i bərpa olunan mənbələrdən daxil olub. “Agora Energiewende” şirkətinin baş direktoru Patrik Qreyhen bildirib ki, rekord həmin gün havanın günəşli və küləkli olması sayəsində qeydə alınıb.

3

Alimlər bu qənaətə gəliblər ki, ata uşağı ilə nə qədər çox vaxt keçirsə, bu, uşağın intellektinə daha çox müsbət təsir edir. Hətta körpə uşaqla oynamaq belə uşağın daha ağıllı olmasına təkan verir. Mütəxəssislər eksperiment üçün 128 atanı müşahidə altına alıb. İki il çəkən müşahidə zamanı uşağın əqli inkişafı diqqətdə saxlanılıb. Ataların uşaqlarla oyuncaqsız oynaması, kitab oxuması və s. səhnələr videolentə alınıb. Sonda bu qənaətə gəlinib ki, ata uşağı ilə nə qədər çox vaxt keçirsə, uşaq bir o qədər tez inkişaf edir, gəzməyi, danışmağı və saymağı öyrənir, rəngləri ayıra bilir.

4

Sosial şəbəkələrdə ünsiyyət zamanı smayliklərdən istifadə insanlar arasında münasibətləri korlaya bilər. ABŞ alimləri bu qənaətə gəliblər ki, heç də hamı bu və ya digər smaylikin mənasını anlaya bilmir. Onlar qeyd ediblər ki, müxtəlif əməliyyat sistemləri və sosial şəbəkələrdə smayliklər bir-birindən fərqlənir. Ona görə iOS əməliyyat sistemində çalışan smartfonun sahibinin göndərdiyi smaylik “Android” əməliyyat sistemli smartfonda başqa cür görünə bilər. Alimlər araşdırma zamanı müəyyənləşdiriblər ki, hər bir smaylikin ən azı 10 versiyası mövcuddur. Tədqiqata cəlb olunan şəxslər onlara təqdim olunan 22 smayliki müxtəlif cür qiymətləndiriblər.

5

“Apple” korporasiyası növbəti təqdimatının vaxtını açıqlayıb. Iyunun 5-də “Worldwide Developers Conference” çərçivəsində “iOS 11” və “macOS 10.13” əməliyyat sistemlərinin rəsmi təqdimatı keçiriləcək. Təqdimat San Xose şəhərində keçiriləcək tədbirin ilk gününə planlaşdırılıb. “Apple” “watchOS” və “tvOS” əməliyyat sistemlərinin yenilənmiş versiyalarını da təqdim edəcək. Elə həmin gün yeni OC-lərin kütləvi beta versiyalarının istifadəyə verilməsi nəzərdə tutulub. Onların final relizləri isə bu ilin payızında olacaq. Konfransda yeni “iPad”in və “Siri Speaker” “ağıllı” səs kolonkalarının təqdimatı da ola bilər.

6

Fəaliyyəti mobil cihazların istehsalına istiqamətlənmiş Çinin “Meizu” şirkəti üç ayrı bölməyə parçalanıb. Yeni yaradılan qruplar proqram tərtibatı və smartfonların təqdimatı ilə məşğul olacaqlar. “Meizu”nun əsas bölməsi bundan sonra yenə də orta kateqoriyada satılan flaqman mobil cihazların və elektronikanın istehsalı ilə məşğul olacaq. Müəssisəyə bundan əvvəl şirkətin baş direktoru vəzifəsini tutmuş Bay Yunsyan rəhbərlik edəcək. Korporasiyanın marketinq üzrə sabiq vitse-prezidenti Li Hanın rəhbərliyi ilə işləyəcək “Blue Charm” adlanan ikinci qrup ancaq bir model seriyalı smartfon istehsal edəcək. Parçalanmış “Meizu” şirkətinin üçüncü bölməsi “Flyme” adlanacaq. Bu qrupun tərtibatçıları istehsal olunan smartfonlar üçün sistem örtüyünün yaradılması üzərində işləmək niyyətindədirlər. Bölməyə rəhbərliyi Çin korporasiyasının texnologiyalar üzrə keçmiş vitse-prezidenti Yan Yan öz üzərinə götürüb.

7

“Facebook” sosial şəbəkəsinin aktivləşdirdiyi “Facebook Lite” “Messenger Lite” funksiyası ilə istifadəçilər proqramların içərisinə daxil olmadan mobil cihazlardan şəkillər paylaşa bilir. “İnstagram” sosial şəbəkəsi də bu funksiyanı aktivləşdirib. Artıq proqrama daxil olmadan telefonun menyusundan seçdiyiniz şəkli şəbəkədə paylaşa biləcəksiz. Bunun üçün telefonun menyu bölməsindən “İnstaqram” sosial şəbəkəsinə giriş etmək kifayətdir.

8

İlk “4G” kiçik mobil rabitə baza stansiyası buraxılıb. ABŞ-ın “Sprint” şirkəti dünyada ilk simsiz “4G” mini-mobil rabitə baza stansiyasını təqdim edib. Həm kommersiya, həm də şəxsi istifadə üçün nəzərdə tutulan qurğu ABŞ istifadəçilərinin yararlandığı “Sprint LTE Plus” şəbəkəsində əhatəni və məlumatların ötürülmə sürətini xeyli yaxşılaşdırmağa imkan verir. Məlumata görə, “Sprint Magic Box” adlanan modelin qabariti ayaqqabı qutusu ölçüsündədir və ev və ya bina daxilində istifadə üçün nəzərdə tutulub. Əlavə funksiyaların quraşdırılmasını tələb etməyən yeni qurğunu pəncərəyə yaxın yerləşdirmək və elektrik şəbəkəsinə qoşmaq lazımdır. İki dəqiqədən sonra “Magic Box” yaxın “Sprint LTE Plus” baza stansiyasına avtomatik qoşularaq keyfiyyətli “4G LTE” siqnalını paylamağa başlayacaq. Qurğu 2800 kvadratmetrədək ümumi ərazidə qoşulmanı təmin edir.

9

İnstagram saytın mobil versiyasını yeniləyib. İndi fotoları İnstagram-ın mobil əlavəsi ilə yanaşı, mobil brauzer vasitəsilə də profildə paylaşmaq olar. Mobil versiyada istifadəçi yalnız fotonu “kəsə” bilər: filtrlər yoxdur. Bundan başqa, mobil versiya vasitəsilə video yükləmək, “tarixçə” yaratmaq və ya şəxsi mesaj yollamaq mümkün deyil. İnstagram isə bu yeniliyi “möhtəşəm” sayır: “Yeniliklər insanlara hansı qurğudan istifadə etmələrindən asılı olmayaraq proqram əlavəsi ilə bağlı tam təcrübə əldə etməyə imkan verəcək”. TechCrunch hesab edir ki, yeni mobil versiya inkişaf etməkdə olan dövlətlərdə, habelə internetin zəif olduğu yerlərdə populyar ola bilər. İnstagram-ın desktop versiyasında heç bir dəyişiklik yoxdur. Bu versiya ilə yalnız lentə və bildirişlərə baxmaq olur.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register