Gürcüstanda yol qəzaları nəticəsində 102 nəfər həyatını itirib

forum

“Gürcüstanın Təhlükəsiz Yollar Alyansı” BMT-nin daimi nümayəndəsi ilə bərabər Yol Təhlükəsizliyinin Dördünü Qlobal Həftəliyini qeyd edir.

Tədbirin mesajı – “Həyatını qoru, yavaşla!” -dır və məqsədi isə yol təhlükəsizliyi sahəsində mövcud olan çağırışların və gələcək planların müzakirəsidir.

Yol Təhlükəsizliyi Həftəliyi 100 ölkədə qeyd olunur və onun məqsədlərindən biri, sürücüləri yol riskləri haqqında məlumatlandırmaqdır.

Konfransda Daxili İşlər və Ətraf Mühitin Qorunması nazirləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Gürcüstanda yol təhlükəsizliyi istiqamətində mövcud olan vəziyyətə gəlincə isə, “Gürcüstanın Təhlükəsiz Yollar Alyansı” təşkilatının yaydığı məlumata görə, Gürcüstanda yüksək sürətlə avtomobil sürmək, yol qəzalarının əsas səbəbidir. 2016-cı ildə bu səbəbdən 1434 yol qəzası qeydiyyatdan keçmişdi və 102 nəfər həyatını itirmişdir.

Mənbə: gpb.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register