Marneulidə faşizm üzərində qələbənin 72 ci il dönümü qeyd olunub

9 may

   Marneuli Bələdiyyəsində faşizm üzərində qələbənin 72 ci il dönümünə hərs olunan tədbirlər keçirilib.

Bələdiyyənin sədri Nəbi Abdullayev və İcra Başçısı Merab Topçişvili digər əməkdaşları və rəhbər şəxslər ilə birlikdə Saimerlo, Sadaxlı, Aşağı Saral, Qaçağan və Şaumyan kəndlərində müharibədə həlak olmuş qəhrəmanların abidələrini ziyarət ediblər. Abidə önünə toplananları isə qələbənin 72 ci il dönümü münasibəti ilə təbrik etdilər.

Bələdiyyənin rəhbər şəxsləri müxtəlif kənd vahidliklərində yaşayan 13 nəfər müharibə veteranını şəxsən evdə ziyarət edərək qalibiyyət gününü təbrik etdilər. Gürcüstanın Baş Naziri Qiorqi Qviriqaşvilinin təbrik məktubunu çatdıraraq  bələdiyyədən ayrılmış rəmzi hədiyyələridə təqdim etdilər.

Qeyd etmək lazımdır ki, bu il Gürcüstan Hökumətinin qərarı ilə İkinci Dünya Müharibəsinin iştirakçıları 600 lari ilə, müharibə veteranlarının ailə üzvləri isə 300 lari ilə mükafatlandırıldılar.

Yerli Özünüidarəetmənin təşəbbüsü ilə isə müharibə veteranlarına yerli büdcədən 250 lari hədiyyə olundu.

9 may qələbə gününə həsr olunmuş tədbirlər çərçivəsində Sadaxlı və Qaçağanda müharibədə həlak olanların abidələri önündə ictimai məktəblərin şagirdlərin iştirakı ilə mövzu ilə bağlı tdbirlər təşkil olundu. Tədbirdə yerli hakimiyyət nümayəndələyi və yerli sakinlər iştirak edirdilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register