Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Hökumətlərin və xüsusi xidmət orqanlarının məlumat toplayarkən sosial şəbəkələri də izlədiyi bilinən gerçəkdir. Amma Facebook yeni texnikasını işə salana qədər. Facebook izlənildiyinizi sizə qısa mesajla bildirilir. Facebook-a daxil olan zaman “Hesabınızın təhlükəsizliyini yoxlayın” başlıqlı pəncərə açılıbmı? Əgər bu, baş veribsə, deməli, sizi kimsə izləyir. Bu, sizin şəxsi məlumatlarınızın yoxlandığı, başqaları tərəfindən baxıldığı anlamına gəlir. Facebook-un təhlükəsizlik rəhbəri Aleks Stamoks bunları deyib: “Bu günlərdə izlənildiyindən şübhələndiyimiz hesabların təhlükəsizliyi üçün yeni addımlar atırıq. Bunlardan biri izlənildiyi, ya da hücuma məruz qalacağını düşündüyümüz hesabların sahiblərini bir mesajla xəbərdar etməkdir”. Nə kimi tədbirlər görmək lazımdır? Əgər hesabınızın təqib altında olmasını istəmirsinizsə, yeni hesab açın. Bu prossesi hətta başqa bir şəbəkədən, yeni bir kompüterlə həyata keçirməyiniz məqsədəuyğundur.

1

“Apple” “iPhone 8”-in satışını təxirə sala bilər. “iPhone”un yeni modelinin bu ilin sentyabrına planlaşdırılan satışa çıxarılması iki, ya üç ay gecikə bilər. Bu barədə “Apple” şirkətindəki mənbəyinə istinadən “Fortuneсо” jurnalı məlumat yayıb. “KGI Securities” Beynəlxalq analitik şirkətinin nümayəndəsi Min-Çi Kuo iddia edir ki, yubanmanın səbəbi yeni ayfonlar üçün ekranların istehsalında meydana gələn problemlərdir. Bu səbəbdən model planlaşdırıldığı kimi, 2017-ci ilin sentyabrında deyil, dekabrında təqdim edilə bilər. Ümumilikdə cari ilin sonuna qədər “Apple” üç yeni smartfonunu: “iPhone 8” (təqdimatı yubanan smartfon), “iPhone 7s” və “iPhone 7s Plus”u təqdim etməyi planlaşdırır. Qeyd edək ki, “iPhone 8” satışa “iPhone X” və ya “iPhone Edition” kimi çıxarıla bilər. Onun əvvəlki ayfonlardan həm funksionallığı, həm də dizaynı ilə fərqlənəcəyi bildirilir. Yeni smartfonun qiyməti pərakəndə satış üçün 1000 dollardır.

2

LG şirkəti artıq bu ayın sonunda “X Power 2” cihazının satışına başlayacağını bildirib. Cihaz Şimali Amerika, sonradan isə Avropa, Asiya, Latın Amerikası və digər regionların bazarlarına çıxarılacaq. Yeniliyin qiyməti və dəqiq tarixi hələlik məlum deyil. “LG X Power 2”-ni bu yaxınlarda təqdim ediblər. Şirkətin bəyanatına əsasən, smartfonun köməyi ilə 18 saata qədər videoya baxmaq, 19 saata qədər internet səhifələri açmaq, 26 saata qədər dostlar, yaxınlar və digərləri ilə ünsiyyət qurmaq mümkündür. Cihaz HD genişlənməli 5,5 düym displeyə malikdir. İstifadəçim 1,5 GB və 2 GB daxili yaddaş arasında seçim edə bilər. “X Power 2” “Android 7.0 Nougat” və yuxarıda “LG Electronics” istifadəçi interfeysi ilə işləyir.

3

“Eastman Kodak” şirkəti ötən rüb üçün hesabatını dərc edib. Hesabat dövrü əfsanəvi fototexnika və foto materiallar istehsalçısına 357 milyon dollar gəlir gətirib. Bu, ötən ilin göstəricisindən 20 milyon dollar və ya 5 faiz azdır. Valyuta məzənnəsi nəzərə alınmaqla, şirkətin gəlirləri bir il ərzində 14 milyon dollar və ya 4 faiz azalıb. Rübün nəticələrinə görə, şirkətin xalis mənfəəti 7 milyon dollar olub. 2016-cı ilin birinci rübündə istehsalçı 15 milyon dollar həcmində itki ilə üzləşib. Ötən rübün sonuna “Kodak” şirkətinin sərəncamında 378 milyon dollar vəsait olub ki, bu da ötən ilki göstəricidən azdır. İstehsalçı bunu anbar ehtiyatlarını doldurmaq üçün mövsümi xərclərlə izah edir.

4

“Microsoft” şirkəti bəyan edib ki, hazırda “Windows 10” əməliyyat sistemi 500 milyondan artıq masaüstü kompüterlərə yüklənib. 400 milyon ədəd masaüstü kompüterə yüklənmə bəndi ötən ilin sentyabr ayında adlanıb. Hazırda isə bu tempin qiymətləndirilməsi ancaq “Microsoft”un özünün proqnozları ilə mümkündür. Xatırladaq ki, bundan öncə şirkət iddia edirdi ki, 2018-ci ilə qədər “Windows 10” 1 milyard ədəd cihaza yüklənəcək. Ancaq sonradan real göstəricilərə nəzər yetirərək etiraf edib ki, yeni əməliyyat sisteminin yayılma tempi “Microsoft”un istədiyindən o qədər də yüksək deyil. “StatCounter” analitik şirkətinin son məlumatlarına əsasən, “Windows 10” populyarlığına görə “Windows 7” əməliyyat sistemindən sonra ikinci yerdədir. Əgər yeni əməliyyat sistemi “Windows” bazarının 25,41 faiz payına malikdirsə, o zaman “Windows 7” hələ də əməliyyat bazarının 50,51 faizinə bərabərdir ki, bu da müsbət göstəricidir.

5

Çinin “Xiaomi” şirkətinin fəliyyəti ilə tanış olanların bu şirkətin tuman istehsal etməsi heç də sürpriz olmayıb. Məhsul “Cottonsmith Underwear” adını alıb. Hazırda “Xiaomi” tumanları üçün MİJİA kraudfandinq meydançasında vəsait toplanılmasına başlanılıb. “Xiaomi Cottonsmith Underwear” tumanında “Wicking Windows” texnologiyasından istifadə edilir ki, bu texnologiya effektiv olaraq nəmi adi tumanlardan 40 faiz tez çəkir və onu buxarlandırır. Tumanlar kişi və qadınlar üçün olan variantda hazırlanıb. İstehsalçılar öz seçimini üç rəng variantı və 4 ölçüdə edə bilərlər. Onlar hər birində 2ç ədəd tuman olmaqla bir komplektdə satılacaq. Komplekt özü isə metal qabda təklif ediləcək. Kişilər üçün nəzərdə tutulmuş komplektin qiyməti 15 dollar, qadınlar üçün isə 10 dollar təşkil edir. “Cottonsmith Underwear”in satışlarına iyunun 190-dan start veriləcək. Qeyd edək ki, “Xiaomi” şirkəti elan edib ki, mayın 18-də Pekində mətbuat konfransı keçirəcək və orada rəsmi olaraq özünün 2017-ci ilin flaqman televizorunu təqdim edəcək.

6

Rusiyanın Rabitə Nazirliyi 2020-ci ildə ölkə ərazisindəki 1 milyon sakini olan şəhərlərdə  5G interneti işə salmağı planlaşdırır. Hərçənd Rusiya sakinləri indiki şəbəkədən də razıdırlar və onun fəaliyyətindən demək olar ki, heç kəs narazılıq etmir. 5G şəbəkəsi daha keyfiyyətlə işləyir və onu 8-9 Gbit/saniyə həcmində yaratmağı planlaşdırırlar ki, öz növbəsində o da indiki rəqəmlərdən onlarla dəfə üstələyir. “Tele 2” mobil şəbəkəsinin əməkdaşları qeyd edirlər ki, gələcəkdə 5G internet rabitəsinin yaradılması onun 4 ildən tez istifadə edilməsinə imkan verməyəcək. Bir çox hallarda olduğu kimi, mobil rabitə şəbəkəsi növbəti mərhələyə hər on ildən bir çata bilir. Qeyd etmək lazımdır ki, mətbuatda tez bir zamanda Yaponiyada 5G şəbəkəsinin işə salınacağı ilə bağlı məlumatlar yayılıb. Belə bir məlumatı NTT mobil şəbəkəsinin əməkdaşları veriblər. İstisna deyil ki, yeni tərtib edilən şəbəkə 4G şəbəkəsindən 1000 dəfə çox sürətə malik olacaq. Belə bir şəbəkənin işə salınması zəif internetin yox olmasında olduqca əhəmiyyətli rol oynamalıdır.

7

“Snapchat” sosial şəbəkəsinin qurucuları Evan Şpigel və Bobbi Merfi şirkətin bu ilin ilk rübünün maliyyə hesabatının açıqlanmasından sonra 2 milyard dollar (hərəyə 1 milyard) itiriblər. şirkət səhmlərinin dəyəri 25% aşağı düşərək 17,12 dollar təşkil edib. Açıqlanan maliyyə göstəriciləri analitikləri məyus edib, çünki onlar daha yüksək nəticələr gözləyirdi. İlk rübdə “Snapchat”in xalis zərəri 2,21 milyard dollar olub. Örtən ilin yekunlarına əsasən bu göstərici 104,6 milyon dollar idi. Zərərin artımı ilk açıq səhm satışının yekunları ilə əlaqədar 2 milyard dollar bonusun ödənməsindən qaynaqlanır. Əslində gəlirlər kəskin şəkildə artaraq 149,6 milyon dollar təşkil edib. Ötən il bu göstərici 38,8 milyon idi. Lakin analitiklər 158 milyon artım gözləyirdi. Səhmlərin dəyərinin düşməsinə təsir edən amillərdən biri də sosial şəbəkənin auditoriyasının genişlənməsi ilə bağlı proqnozların özünü doğrutlmamasıdır. İlk rübün yekunlarına əsasən “Snapchat” istifadəçilərinin sayı 8 milyon nəfər (5%) artaraq 166 milyon nəfərə çatıb. Bir çox analitik isə bu ilin yanvar-mart aylarında 18 milyon nəfərə qədər artım gözləyirdi. Məsələn, şirkətin əsas rəqibi “Instagram” bu müddətdə 100 milyon yeni istifadəçi cəlb edib. Qeyd edək ki, “Snapchat” 2011-ci ildə ABŞ-ın Stenford Universitetinin tələbələri Evan Şpigel, Bobbi Merfi və Frank Braun tərəfindən qurulub. İstifadəçilər foto, video və mətn mübadiləsi yolu ilə ünsiyyət qurur və bunlar baxışdan dərhal sonra silinir.

8

Alimlər insanın nəyə baxmasını və öz beyin fəaliyyətinə necə nəzarət etməsini müəyyənləşdirən süni intellekt hazırlayıblar. Tədqiqat beyin və kompüter arasında birbaşa telepatik rabitə istiqamətində atılan növbəti addımdır ki, bu da videoların, təsəvvürlərin və ya yuxuların şifrlərinin açılmasına səbəb ola bilər. Çin Elmlər Akademiyasının tədqiqatçıları bildirib ki, mürəkkəb proqram təminatı beyin fəaliyyətinin şifrini açaraq onun mənasını yaza bilir. Çin tədqiqatçıları yeni tədqiqat işində diqqəti görmə qabığına yönəldiblər. Bildirilir ki, alimlər tərəfindən dərin təlimə – kompüterin məlumatlarda obrazların tanınması metodlarına əsaslanan süni intellekt alqoritmi yaradılıb. Tədqiqatda xüsusi diqqət əlyazma hərf və rəqəmlərin tanınmasına yetirilib. Kompüter eyni əlyazma  rəqəm və ya hərfinə baxan yüzlərlə insanın məlumatlarından istifadə edib. Süni intellekt əşyaları insanın beyin fəaliyyəti kimi 90 faiz dəqiqliklə tanıyıb. Gələcəkdə alimlər telepatik kompüter üzərində insan yuxularını yadda saxlamaq və yozmaq qabiliyyəti üzərində çalışmağı planlaşdırırlar.

9

İki il əvvəl “Lifepowr” şirkəti rozetka ilə təchiz edilmiş güclü “Lifepowr A2”  yığcam akkumulyatorunu təqdim edib. İki ildən sonra istehsalçılar komandası “A3” modeli ilə bazara geri qayıdıblar. Akkumulyatorun tutumu əvvəlki kimi 27 min milliamper/saat təşkil edir, amma indi model iki ədəd “USB Type-C” portu və “Quick Charge 3.0” sürətli enerji doldurma texnologiyasını dəstəkləyən iki ədəd “USB-A” portu ilə təchiz edilib. 100 Vatt gücündə olan “Lifepowr A3” akkumulyatorunun bütün konnektor və çıxışları eyni zamanda istifadə oluna bilər. Qurğunun 50%-dək enerji ilə doldurulmasına 30 dəqiqə, 100% doldurulmasına isə 3 saatdan az vaxt  sərf edilir. Modelin ölçüləri 152,4×152,4×25,4 mm, çəkisi 800 qr-dır. “Lifepowr A3” akkumulyatorunun köməyilə bir çox cihazları (mobil qurğu, məişət texnikası və sairə) enerji ilə doldurmaq olar.

10

Ən yaxşı üzgüçü belə suda boğula bilər. Buna görə “Ploota” startapının  tərtibatçıları tərəfindən təqdim edilmiş yeni eyni adlı cihaz istifadəçilərin boğulmasına imkan verməyəcək. Buna oxşar cihazlardan fərqli olaraq, “Ploota” təhlükəsizlik yastıqlarını boyun səviyyəsində açır. Cihaz, hətta aktivləşdirilməmiş vəziyyətdə istifadəçinin təhlükədə olduğunu müstəqil müəyyənləşdirə bilir: xüsusi sensor üzgüçünün suyun altında olduğu vaxta nəzarət edir və o, 30 saniyədən sonra suyun üzərinə çıxmadıqda təhlükəsizlik yastıqları açılır. Sözügedən qurğu, həmçinin üzgüçünün problemlə üzləşdiyini və ya sadəcə, suyun altında nəfəsini yaxşı saxladığını müəyyənləşdirə bilir. İstifadəçilər huşsuz vəziyyətdə olduqda belə “Ploota” cihazı onları suyun üzərinə qaldıracaq və 6 saatadək suyun səthində saxlayacaq. İndi istənilən şəxs “Kickstarter” platformasında 55 dollar məbləğində olan bu cihazı ilkin sifariş edə bilər.

11

“Apple” korporasiyası jurnalist və KİV nümayəndələrinə 5 iyun tarixində WWDC (“Worldwide Developers Conference”) konfransı çərçivəsində keçiriləcək “iOS 11” və “macOS 10.13” əməliyyat sistemlərinin təqdimetmə mərasiminə dəvət göndərib. Bu il tədbir San-Xose şəhərində yerləşən MakEneri adına konfrans mərkəzində keçiriləcək. Son bir neçə ildə WWDC San-Fransiskoda yerləşən “Moscone Center West” sərgi kompleksində keçirilib, amma indi orada binanın genişləndirilməsi üzrə tikinti işləri aparılır. Bundan başqa, 1998-2002-ci illərdə WWDC tədbiri MakEneri adına konfrans mərkəzində keçirilib. Həmçinin sözügedən konfrans mərkəzi hələ tamamlanmamış yeni “Apple Campus 2” mənzil-qərargahından bir neçə dəqiqə məsafədə yerləşir. “Apple” şirkəti WWDC tədbirində, həmişəki kimi, öz əməliyyat sistemlərinin yeni funksiyaları haqda məlumat verəcək. Nümayiş günündə yeni ƏS-in ictimai beta-versiyalarının çıxışı gözlənilir və (amma) onların final relizi payızda olacaq. Həmçinin WWDC tədbirində yeni “iPad” planşeti və “Siri Speaker” smart kolonkası təqdim edilə bilər. Qeyd edək ki, “Apple” korporasiyası “WWDC 2017” tədbirində videoçəkiliş etməyi, “selfi” çubuğundan istifadəni qadağan edir.

12

Stenford Universitetinin alimləri sirkə turşusunda həll edilən daşınan elektronika yaratmağı öyrəniblər. Yeni nəsil cihazlarda korpusun materialı bitki liflərindən hazırlanmış nazik plyonkadan ibarət olacaq, elektrodlar isə alüminium və dəmirdən düzəldiləcək. Sınaqlar zamanı alimlər müəyyənləşdiriblər ki, qurğu 1 ay sonra sirkə turşusunda tamamilə həll edilir. Texnologiya yalnız ətraf mühitin mühafizəsi məqsədilə istifadə edilməyəcək. Beləliklə, istifadəçilər lazımsız rəqəmli informasiyanı məhv edə biləcəklər. Alimlər, həmçinin layihənin tibb sahəsində tətbiqini nəzərdə tutublar. Bu məqsədlə yeni cihazların siçanların ürəyinə implantasiyası üzrə sınaqlar keçirilib. Məlum olub ki, material zəhərli deyil, amma əlavə yoxlamalar tələb edir.

13

“Snapchat” bir növ gənc auditoriya üçün televiziya olacaq. Bu barədə şirkətin əməkdaşları xəbər verib. Qeyd edilir ki, “Snapchat” hər gün gənclər üçün şou yayınlamaq məqsədilə artıq bir neçə televiziya holdinqi ilə müqavilələr imzalayır. Son aylar ərzində “Snapchat” artıq BBC, “Metro-Goldwyn-Mayer”, “Discovery”, “Vice Media” və başqaları ilə razılığa gəlib. Populyar əlavənin xüsusiyyətini nəzərə almaqla, video virtual olaraq yayımlanacaq. Şirkətdə əmindirlər ki, realiti şoular, cizgi filmləri və trillerlər uğur qazanacaq, bununla da istifadəçilərin əlavə qarşısında keçirdikləri vaxtı artırmaq mümkün olacaq.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register