“Uşaq Hüquqlarının Qorunması” Mövzusunda Məktəb Şagirdləri üçün fotomüsabiqə

kommunikasiya foto

Marneuli Gənclər Mərkəzinin təşkilatcılığı ilə keçirilən fotomüsabiqədə, Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Calka məktəblərinin şagirdləri iştirak edə bilərlər.
Müsabiqədə şagirdlər foto (fotoportret, fotohekayə və.s) hazırlamalıdırlar. Fotonu açıqlamaq üçün qısa tekst/hekayə də əlavə edə bilərlər. Çəkilən foto bölgələrində uşaq hüquqlarının qorunması tərəfindən olan problemlər və məsələlərə toxunmalıdır və aşağıda qeyd olunan mövzulardan birinə aid olmalıdır:
 Uşaq zorakılığı
 Erkən evlilik
 Uşaq əməyi
 Uşaqların təhsil hüququ
1 iyun tarixində Marneuli Gənclər Mərkəzində həmin fotolardan ən yaxşı 30 fotonun sərgisi keçiriləcək və kommisiya tərəfindən seçilən I, II, III yerlərin qaliblərinə hədiyyələr təqdim olunacaq.
Maraqlanan şagirdlərdən xahiş olunur öz fotolarını (məlumatları ilə birlikdə- ad, soyad, məktəb, sinif, əlaqə nömrəsi, e- mail) 20 may tarixinədək nurmamedovrena@gmail.com elektron poçtuna göndərsinlər. Elektron poçtun mövzusu olaraq “Fotomüsabiqə” sözü qeyd edin.
DİQQƏT: hər bir şagirddən yuxarıda qeyd olunan formatda yalnız bir foto qəbul olunacaq (bu fotohekayə yaxud fotoportret və s. ola bilər)
Müsabiqə Avropa Birliyinin maliyyə dəstəyi ilə keçirilən “Uşaq Hüquqlarının Qorunması üçün Yerli İmkanları Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Əlavə məlumat üçün: Rəna Nurməmmədova
593 449 667; 555 22 41 86 nurmamedovarena@gmail.com

https://www.facebook.com/childrenrightsprotection/posts/1967606330142662

https://www.facebook.com/marneuliyouthcenter/posts/1527898457245069

“İcma Radiosu Marneulinin Media Laboratoriyası” Avropa İttifaqının dəstəyi ilə, Açıq cəmiyyət Gürcüstan Fondunun Gürcüstanda uşaq hüquqlarının müdafiəsi üçün yerli imkanların gücləndirilməsi layihəsi çərçivəsində həyata keçirilir.

“Verliş Avropa İttifaqının dəstəyi ilə hazırlanıb. Onun məzmununa görə yalnız müəlliflər cavabdehlik daşıyır və verlişin məzmunu Avropa İttifaqının və Açıq cəmiyyət Gürcüstan Fondunun mövqeyini əks etdirməyə bilər.

media

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register