Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bildirib ki, rəsmi London Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) kibertəhlükəsizliyinin gücləndirilməsinə 50 milyon funt-sterlinq və ya 64 milyon dollar ayırıb. Bu barədə İKT.lent.az “Reuters”ə istinadən məlumat verib. Fellonun sözlərinə görə, NHS nümayəndələrinə daha çox haker hücumları tərəfindən dəstəklənən proqram təminatı sistemindən imtina etməyi məsləhət görüblər. Bundan öncə bildirilib ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) serverlərinə hücum etmiş hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin (ANB) modifikasiya edilmiş proqramlarından istifadə ediblər.

1

Bu günlərdə Rusiyanın Həştərxan vilayətində 14 yaşlı uşaqlar “Kenap” adlı layihəni işə salıblar. “Kenap.ru” adlanan sosial şəbəkənin yaradıcısı Anatoliy Konovalov iddia edir ki, sosial şəbəkə yüksək mühafizə səviyyəsinə malik olacaq. O qeyd edib ki, yaratdığı məhsulda “end-to-end” şifrələnməsi müdafiəsindən istifadə edilib ki, bu da “Odnoklassniki” və “VKopntakte” sosial şəbəkələrində yoxdur. Tərtibatçılar söz verib ki, yaxın zamanlarda “Kenap”da böyük bir musiqi kolleksiyası da olacaq, özü də pulsuz. Artıq bununla bağlı bir musiqi portalı ilə danışıqlar aparılır. Hələlik yeni sosial şəbəkədən 10 nəfərdən bir az artıq insan istifadə edir. Ancaq A.Konovalov ümid edir ki, onun yaratdığı sosial şəbəkənin uğurlu gələcəyi olacaq.

2

Çin istehsalı olan yeni “Smartisan M1” cihazı dünyada 21 meqapiksel kameralı ilk smartfon olub. “Smartisan M1” smartfonu müvafiq texniki xüsusiyyətlərinə görə güclü mobil cihazlar kateqoriyasına aiddir. Cihaz dördnüvəli “Snapdragon 821” prosessoruna və 4 GB yaddaşa malikdir. Smartfonun əsas yaddaşının həcmi 32 GB-dır. Cihazın ekranı 2K genişlənməyə malikdir. Təəssüf ki, onun əməliyyat sistemi hələlik sınaq müddətindədir və bu səbəbdən Avropa bazarlarında mövcud deyil. “Smartisan M1”-in əsas üstünlüyü 21 meqapiksel olan yüksək keyfiyyətli kamerasıdır. Şirkət rəsmiləri əmindirlər ki, yüksək keyfiyyəti məhsullarını “iPhone 7” smartfonuna rəqib edə biləcək. Smartfonun qiyməti təxminən 300 dollar təşkil edir.

3

Rusiyada kosmik texnikanın çapı üçün ilk 3D printer yaradılıb. Obyektin təqdimatı mayın 17-də Tomsk şəhərində baş tutacaq “U-Novus” forumu çərçivəsində keçiriləcək. Bu barədə Tomsk vilayəti administrasiyasının rəsmi onlayn-portalında məlumat verilib. Tomsk alimləri tərəfindən layihələndirilmiş 3D printer fəaliyyətində elektron şüa texnologiyasından istifadə edəcək. Sonuncusu elm dünyası tərəfindən yüksək məhsuldar və çətin əriyən metallardan məhsul formalaşdırmağa imkan verən sayılır. Layihə müəllifləri hesab edirlər ki, adıçəkilən avadanlıq metal məhsullar istehsal edə biləcək ki, onun həcmləri üç kubmetrə çata bilər. Yuxarıda adıçəkilən texnologiya iri qabaritli detalların istehsalına cəlb ediləcək ki, onlar da raket-kosmik texnikasının konstruksiyasında tələb olunur.

4

“Toyota” avtomobil konserni 2019-cu ildə uçan avtomobil istehsal etmək fikrindədir. Korporasiya layihə işinə 42 milyon ien (370 min dollar) ayıracaq. İşlər artıq başlayıb, lakin layihə müəllifləri indiyədək internet vasitəsilə maliyyə toplayırdı. Uçan avtomobil 8 qanadla təchiz olunacaq. İlk uçuşun 2019-cu ilin yanvarında həyata keçirilməsi planlaşdırılır. Avtomobilin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirakı da nəzərdə tutulur. Qeyd edək ki, “Uber” şirkəti də uçan avtomobil layihəsi həyata keçirəcəyini açıqlayıb.

5

Çinin cənub-qərb əyalətlərindən olan Çonqqinq ərazisində maraqlı hadisə baş verib. Tikintisinə milyonlarla dollar ayrılan metro stansiyasının çıxışı yabanı otlarla dolu düzəngah əraziyə açılıb. Kənardan metro girişini xatırlatmayan keçidin içi isə sanki hava limanını xatırladır. Ən son texnologiyalarla təchiz olunmuş metro stansiyanın çıxışının şoran əraziyə açılması insanların marağına səbəb olub. Caojiawan Stansiyasının tikintisi 2015-ci ildə başa çatsa da, nəzərdə tutulan 3 çıxışdan yalnız biri istifadəyə verilib. Metro stansiyanın şoran əraziyə açılan çıxışından çox istifadə olunmasa da, stansiya hər gün yüzlərlə insanın şəhər mərkəzinə çatmasına xidmət edir.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register