Marneulidə “Məni bağışla” adlı tamaşanın nümayişi keçirildi

15 may tarixində Marneuli rayonun Mədəniyyət evində Marneuli Gənclər Mərkəzinin təşkilatcılığı ilə “15 May Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Məni bağışla” adlı tamaşa nümayiş olundu.
Tamaşanın mövzusu Gürcüstanda aktual olan gender bərabərliyi məsələsi idi.
Tamaşada iştirak edən aktyorlar İvane Cavaxişvili adına Tbilisi Dövlət Üniversitetinin hazırlıq kursunda oxuyan tələbələrdir. Tamaşanın rejissoru və ssenari müəllifi gənc aktyor Anar Rafiqoğlu Hümbətovdur.
Tamaşa, BM Gürcüstandakı Assosiyasiyası tərəfindən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, “Tolerantlıq, Vətəndaş Birliyi və İnteqrasiyaya Dəstək Proqramı” PİTA çərçivəsində və SOCAR-ın dəstəyi ilə keçirildi.
Amil Məmmədov2286 Posts
0 Comments