“Tarixdə İlk Dəfə” rublikası – “QƏZET” haqqında

tarixde ilk defe

  “Tarixdə İlk Dəfə” rublikası. Rublikanın bu həftə ki, mövzusu kütləvi informasiya vasitələrindən biri olan “QƏZET” haqqındadır.

Qəzet – kütləvi informasiya vasitəsi olub, azı ayda bir dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşridi. Hələ Yuli Sezarın dövründə ” Senatın işləri” adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı.

İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerləndən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə. 59-cu ildə nəşr olunmağa başlanmış və «Günün hadisələri» adlanan vərəq idi. İlk çap nəşri isə VIII əsrdə dərc edlmiş Çində buraxılan «Dibao» («Ti-pao») nəşri olmuşdur. Bu nəşr, müəyyən ölçülü taxta lövhələrdən hazırlanmışdı. Avropada müntəzəm nəşr edilən ilk qəzet isə «Avista Relation» və yaxud «Zaytunq» qəzeti idi. Bu nəşr Almaniyada 1609-cu ildən çap edilməyə başlanmışdı.

“Qəzet” adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset – (it. gazza) ödənilirdi.

Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar.

Qəzet daha çox məlumatı və daha müfəssəl şəkildə işıqlandıra bilir. Qəzetlər həmçinin, yerli xəbərlərin işıqlandırılması yönündədir.

Qəzetlər əsasən gündəlik və həftəlik olurlar. Ayda bir dəfə nəşr olunan qəzetlərdə mövcuddur. Gündəlik qəzetlər ümumdünya, milli və yerli xəbərləri çap edirlər. Gündəlik qəzetlərin çoxu səhər qəzetləri, bir hissəsi isə axşam qəzetləri olurlar. Gündəlik qəzetlərin həftə sonu buraxılışları həcmcə adətən adi qəzetlərdən böyük olur. Bu qəzetlərin tərtibatında xüsusi bölmələr nəzərdə tutulur: iqtisadiyyat, əyləncə, maliyyə, səyahət, bazar günü əlavəsi, verilişlərin proqarmı və rəngli komikslər və başqaları. Böyük olmayan zonalara xidmət edən həftəlik qəzetləradətən toylar, ad günləri, vəfat, yerli işgüzar həyat və siyasəti barədə də məlumat verir. Əksər həftəlik məhdud dairəni əhatə edən belə qəzetlər beynəlxalq və milli xəbərləri dərc etmirlər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register