Marneulidə “NATO həftəsi – 2015” qeyd olunacaq

nato 1

Gürcüstanda 25 oktyabr – 8 noyabr tarixləri müddətində qeyd olunan NATO həftəsi çərçivəsində 27 oktyabr tarixində  Marneulidə silsilə tədbirlər həyata keçiriləcək.

Tədbirlər Marneuli Gənclər Mərkəzinin, NATO İnformasiya Mərkəzi və Ruminyanın Gürcüstandakı səfirliyi ilə birgə təşkilatçılığı nəticəsində baş tutacaq. Səhər saatlarında Marneuli “Çay Evində” şahmat üzrə “NATO kuboku” başlayacaq. Eləcə də Marneuli mədəniyyət evində NATO həftəsinə həsr olunmuş Marneuli Gənclər Mərkəzinin rəsm kursunun yetirmələrinin əl işlərindən ibarət sərgi keçiriləcək. Tədbir mədəniyyət evinin böyük zalında “NATO gənclər forumu” ilə davam edəcək. Forumda gənclər və dövlət nümayəndələrinin, eləcə də Brüsseldən, NATO-nun mərkəzi qərargahından gəlmiş qonaqların çıxışları dinlənəcək. Yekunda Şahmat çempionatının qalibləri və ən yaxşı rəsm əsərinin müəllifi dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Tədbirdə hökumət nümayəndələri, yerli özünüidarəetmə, nazirlik və beynəlxalq təşkilatlardan olan nümayəndələr iştirak edəcəklər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register