Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın özəl kosmik şirkəti “SpaceX” daşıyıcı raket “Falcon 9”un növbəti uğurlu buraxılışını həyata keçirib. Daşıyıcı “Inmarsat-5 F4” kommunikasiya peykini orbitə çıxarıb. Bu peyk sərnişin təyyarələrini və gəmiləri “WiFi” ilə təmin edəcək. 70 metrlik daşıyıcı raket mayın 16-na keçən gecə Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan fəzaya buraxılıb. Kosmik aparat yerdən 35,7 min km yüksəklikdə fəaliyyət göstərəcək. 6,7 tonluq kommunikasiya peyki indiyədək “Falcon 9”un orbitə çıxardığı ən ağır yük olub. “Inmarsat-5 F4” təyyarələrin və gəmilərin sərnişinləri üçün simsiz internet əlaqəsini təmin edəcək.

SpaceX Launch

MP3 formatı faktiki olaraq “ölüm” ayağındadır. Bu barədə Almaniyanın Fraunqofer Cəmiyyətinin İnteqral Sxemlər İnstitutunun tərtibatçıları məlumat verib. Elmi-tədqiqat qurumunun onlayn portalında isə bildirilir ki, 2017-ci ilin aprel ayında MP3 formatı üçün təsdiqlənmiş patentin son müddəti başa çatır. Həmçinin proqram təminatçılarından lisenziya üçün qəbul edilən köçürmələr dayandırılıb. Format şəbəkə istifadəçiləri arasında aktuallığını saxlayır. Baxmayaraq ki, hələlik iri radiostansiyalar və telekanallar ondan imtina edib və daha müasir kodeklərə üstünlük verirlər. Sonuncular səsin keyfiyyətinin qismən itirilməsi ilə daha keyfiyyətli sıxılmanı təmin edirlər. MP3-ə gəldikdə, onun üzərində işlər 1970-ci illərdən başlayıb. Bu formatın əsasını isə ASPEC formatı təşkil edir.

2

Hakerlər “Walt Disney” şirkətinin hələ ekranlara çıxmamış yeni filmini ələ keçiriblər. Bu barədə şirkətin baş direktoru Bob Ayger bildirib. B. Ayger deyib ki, hakerlər böyük miqdarda pul tələb edərək əks halda, filmi yayacaqları ilə hədələyirlər. O, hansı filmdən söhbət getdiyini açıqlamayıb. “Walt Disney” kibercinayətkarlara pul ödəməkdən imtina edib. “Deadline” nəşri isə oğurlanan filmin “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” olduğunu açıqlayıb. Filmin premyerası mayın 26-da olacaq. Xatırladaq ki, mayın 12-də bütün dünyada kütləvi haker hücumları baş verib.

USA-FANTASYLAND/

“Asus” şirkətinin rəhbərləri gələcəkdə “ağıllı” saatların istehsalından imtina edə bilərlər. Buna səbəb məhsulun satış göstəricilərinin istehsalçının gözləntilərini doğrultmamasıdır. “Asus” şirkəti “ağıllı” saat partiyasının istehsalını davam etdirir. Bu gün mütəxəssislər ayda 6 min ədəd “ZenWatch” istehsal edirlər. Ancaq mütəxəssislər güman edirlər ki, yaxın zamanlarda istehsal dayandırıla bilər. “ZenWatch” məhsulunun yığımı ilə müqavilə əsasında Tayvanın “Pegatron” adlanan şirkətinin əməkdaşları məşğul olur. Mütəxəssislər iddia edirlər ki, şirkət daşınar elektronikanın tədarükü kateqoriyasında lider mövqeləri tuta bilməyib. Bu məhsulun realizəsi ilə daha uğurlu mövqeni “Apple” tuta bilib ki, onlar da ildə 3,5 milyon ədəd “ağıllı” saat istehsal edirlər.

4

Prezident Pyotr Poroşenko sanksiya tətbiq edilən Rusiya fiziki və hüquqi şəxslərinin siyahısının genişləndirilməsi barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 28 aprel tarixli qərarının həyata keçirilməsi barədə fərman imzalayıb. Radio Marneuli-nin Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, genişləndirilmiş siyahıda 1228 fiziki və 468 hüquqi şəxsin adı var. Qərarda “VKontakte”, “Odnoklassniki”, “Yandex”, “Mail.ru” kimi məşhur internet resurslarına girişin blok olunması nəzərdə tutulur. RBK, “TV Tsentr”, “NTV Plyus”, “Zvezda” telekanalları, VQTRK, “Kasperskaya Laboratoriya”, “DrWEB” də sanksiya siyahısına salınıb. Ukrayna internet provayderlərinə bu resurslara 3 il müddətində girişi dayandırmaq barədə tapşırıq verilib.

5

“LG Innotek” şirkəti yeni “iPhone” smartfonları üçün ön “3D” kamera modulunun tədarükünə başlayacaq. Yeni kamera sifətin tanınması sistemini dəstəkləyir. Sifətin tanınması üzrə oxşar sistem “Samsung Galaxy S8” smartfonunda qurulub, ancaq ikiölçülü texnologiyadan istifadə edir. Beləliklə, adi şəklin köməyi ilə müdafiə sistemini aldatmaq mümkündür. “iPhone” smartfonunda üçölçülü texnologiyadan istifadə etmək planlaşdırılır, sözügedən texnologiya daha mükəmməl və dəqiqdir. Yeni “iPhone” 2017-ci ilin payızında “Apple” şirkətinin illik tədbirində təqdim ediləcək. Şayiələrə görə, smartfon piksellər sıxlığı 521 ppi-dən çox olan 5,8 düymlük “OLED” displeylə təchiz ediləcək. Həmçinin simsiz enerjidoldurma texnologiyası reallaşdırıla bilər.

6

ABŞ alimləri tarixdə ilk dəfə “danışan” kağız hazırlayıblar. Fiziklər mexaniki dalğaları səs və ya cərəyana çevirən yastı və çevik parça kəşf ediblər. Ekspertlər hesab edirlər ki, tezliklə bu ixtira sayəsində “danışan” qəzet və jurnallar dərc etmək mümkün olacaq. Beləliklə, yaxın gələcəkdə nəşrin istənilən nömrəsi oxucularla ünsiyyət quracaq, onların suallarını dinləyib cavablandıracaq.

7

Danimarka Texniki Universitetinin tədqiqatçıları rəngli fotoşəkillərin çapı üçün rəngdən istifadə etməyən lazer printer yaradıblar. Alimlər qrupu qanadları və lələkləri əlvan rəngləri işığı udan piqmentlər vasitəsilə deyil, işığı molekulyar səviyyədə yayaraq struktur rənglər yaradan tovuzquşu və kəpənəklər kimi varlıqlardan ilhamlanıblar. Bildirilir ki, tədqiqatçılar bir-birindən 200 nanometr məsafədə yerləşən minlərlə mikroskopik millə örtülmüş plastmas təbəqədən istifadə edərək bu kiçik elementləri işıq istehsal etmək üçün nazik germanium qatı – metal parıltılı ağ-boz maddə ilə örtüblər. Ultranazik lazer germaniumu əridərək millərin forma və qalınlığını dəyişib. Sonradan onların üzərinə bütün elementlərin forma və strukturunun mühafizəsinə kömək edən qoruyucu örtük çəkilib. Məlumata görə, işıq dalğaları emal edilmiş təbəqəyə çataraq millərdə əks olunub, dalğanın uzunluğu dəyişib və müxtəlif rənglər yaradıb. Tədqiqatçılar xüsusi şablonlardan istifadə etməklə yüksəkkontrastlı şəkilləri generasiya etməyə nail olaraq əldə olunan rəngləri proqnozlaşdıra biliblər. Adi şırnaqlı printer bir düym üçün beş min piksel təsvir ölçülü şəkillər yaradır, lazer printerlərdə onların sayı 20 minə çatır. Danimarka tədqiqatçılarının texnologiyası isə bir düym üçün 127 min piksel təsvir ölçülü böyük şəkillər yaratmağa imkan verir. Sistemin sancaq başından kiçik dəqiq su nişanı yaratmağa imkan verməsinə görə onu saxtalaşdırmadan ideal mühafizə vasitəsi hesab etmək olar.

8

 

Müəllif: AMil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register