Tarixdə bu gün

Tarixdə bu gün 17.5.2017-cı il.
Çiçək peyvəndini icad edən İngilis cərrahı Edvard Jenner 17 may 1749-cu ildə anadan olmuşdur.
New York Birjası quruldu. Bu hadisə 17 may 1792-ci ildə baş vermişdir.
Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur.
İkinci dünya müharibəsində Alman Orduları Belçikanı işğal edərək Brüsselə daxil oldular. Bu hadisə1940-ci ilin 17 mayında baş vermişdir.
1954-cü ilin bu günü ABŞ-da qara dəril uşaqların ağ dərili uşaqlarla eyni məktəbə getmələrini qadağan edən qanun qüvvədən qaldırıldı.
2000-ci ilin 17 mayında Qalatasaray UEFA Kubokunun qalibi oldu.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments