17 May Beynəlxalq Homofobiya və Transfobiya Əleyhinə Gün

LGBT_marneulifm

LGBT-yə qarşı son zamanların ən aqressiv çıxışı 2013-cü ildə törədilən dava oldu – o vaxt beynəlxalq homofobiyayla mübarizə gününə həsr olunan azsaylı aksiyaya Tbilisidə kilsə tərəfindən təşkil edilmiş kontraksiya ilə cavab verdilər.
Onun əksər iştirakçıları ruhanilər tərəfindən idarə olunan Tbilisi kilsələrinin dindarları oldu. Bu çıxışlar misli görünməmiş qəddarlıqla nəticələndi: təxmin edilən geyləri təkcə dindarlar deyil, din xadimləri də qovurdu; bir çoxları daş, dəmir parçalar və əllərinə keçən digər əşyalardan da istifadə etdilər.

Ruhanilərdən birinin silahlandığı taburet 17 may 2013-cü il aksiyasının özünəməxsus simvoluna çevrildi. Zərərçəkənlərin sayı 17 nəfərə çatdı; polis ancaq bir neçə iştirakçını həbs etdi, onarın hamısı da cərimə ilə canlarını qurtardılar.

Homoseksuallıq nədir?

Homoseksuallıq 3 əsas cinsi yönəlimdən (orientasiyadan) biri olub, fərdin öz həmcinsinə qarşı romantik və seksual  hislər duymasına verilən addır.

Homoseksuallığın tarixi.

Bəzən insanlar yanlışlıqla homoseksuallığın son bir əsrdə və ya daha erkən yarandığını düşünür. Əslində isə bu belə deyil. Yaranma tarixi dəqiq məlum olmasa da bu faktı sübut edən ən qədim maddi nümunə Qədim Misirə aiddir. Eramızdan əvvəl III minilliyə aid daş üzərində iki gənc oğlanın sevgisini təcəssüm edən şəkil təsvir edilib. İlkin demokratiyanın və mədəniyyətin ana beşiyi hesab edilən Antik Yunan və Roma İmperiyalarında homoseksuallıq geniş kütləni əhatə edirdi. Belə ki, başda imperator və senatorlar olmaqla, dövrün ən istedadlı elm adamları, incəsənət xadimləri homoseksual olmuşlar. Yunan ənənələrinə görə, bədənində hələ tük çıxmamış gənc oğlanlar özlərindən daha yaşlı kişilərlə, əsgərlərlə cinsi əlaqəyə girməli idi. Bu yalnız şəhvət üçün deyil, eyni zamanda gənc oğlanların daha təcrübəli yaşlılardan tərbiyə almasına xidmət edirdi. İmperatorların təm-təraqlı mərasimlərlə həmcinsləriylə evləndiyi Roma cəmiyyətində bu adətlər xristianlığın ölkəyə nüfuz etməsinəcən davam etmişdir. Xristianlığın müqəddəs kitabı “İncil”-də homoseksuallıq lənətlənir, təbiətin qanunlarına qarşı çıxmaq hesab edilir. Avropada kilsənin hakim mövqe tutduğu orta əsrlərdə homoseksuallar təqib edilir yandırılırdı. Homoseksuallığın günah hesab edildiyi İslam dininin daha çox yayıldğı Şərqdə vəziyyət daha mülayim idi. Osmanlı, İran və Hindistan kimi ölkələrdə homoseksuallıq gizli də olsa var idi. Şahlar, sultanlar öz saraylarında az yaşlı oğlanlarla eyş-işrətlə məşğul olur və ya onlara saraydə (hərəmbaşı və.s) vəzifə verirdilər. XV əsrdə Renesans dönəminin başlamasıyla dünyaca məşhur, istedadlı homoseksuallar yenidən tarix səhnəsinə gəldilər. XVII əsrdən etibarən isə homoseksuallıq müxtəlif adlarla ədəbiyyatda, poeziyada yer almağa başladı. XIX əsrə qədər diqqətə alınmayan homoseksuallar elə həmin əsrdən etibarən fəallaşmağa, öz haqlarını tələb etməyə, azad yaşamağa, təşkilatlanmağa başladılar. Böyük dövlətlər artıq homoseksuallığı qadağan edən qanunlar qəbul edirdi.

Homoseksuallığın tibbi tərəfləri.

XX əsrin ikinci yarısınadək sözü gedən qanunlar özünü təqiblərdə, edamlarda göstərdi. ABŞ və Avropa ölkələrində məxfi agentlər tərəfindən tutulan homoseksualları ya həbs edir, ya da ruhi xəstələr üçün nəzərdə tutulan dispanserlərə yerləşdirirdilər. Tibb isə homoseksuallığı şizofreniya kimi ruhi pozğunluq hesab edirdi. Xəstəxanalarda müxtəlif metodlarla müalicə alan homoseksuallar heç bir nəticə əldə edə bilmirdilər. Və nəhayət 1973-cü ildə ABŞ-da psixator, psixoloq və digər tibb araşdırmaçılarının rəyiylə homoseksuallığın ruhi pozğunluq olmadığı təsdiqləndi  və Amerika Psixatorlar Dərnəyi homoseksuallığın xəstəliklər siyahısından çıxarılmasına qərar verdi. Ardından 1990-cı il, 17 Maytarixində ölkəmizin də üzv olduğu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST – 194 üzv ölkə) homoseksuallığı Xəstəliklərin Beynəlxalq Sinifləndirilməsi siyahısından çıxartdı. Homoseksuallığın bir xəstəlik, pozğunluq və ya əksiklik olmadığını, 3 fərqli cinsi yönəlimdən biri olduğunu, doğuşdan və ya  3-4 yaşınadək yaranan, fərdin özünün seçmədiyi bir hal olduğu tibb elmi tərəfindən təsdiqini tapdı.

Dində Homoseksuallıq

Dünyəvi dinlərin müqəddəs kitablarında homoseksuallıq günah hesab edilir. Quranda Lüt Qövmündən bəhs edən ayədə bu cür göstərilir: “Rəbbinizin, sizin üçün yaratdığı arvadlarınızı atıb, insanlar arasından kişilərə mi meyil salırsınız? Siz həqiqətən həddinizi aşan birliksiniz” (Şuara, 165-166). Maraqlısı odur ki, müqəddəs kitabımızda lezbiyanlıqla bağlı heç bir ayə yoxdur.

Aşağıdakı ölkələrdə eynicinslilərin nikahı rəsmi olaraq ölkə qanunlarında təsbit edilmişdir; Hollandiya (2001), Belçika (2003), İspanya (2005), Kanada (2005), CAR (2006), ABŞ – 19 ştatda (2008-2013),  Norveç (2009), İsveç (2009), Portuqaliya (2010), İslandiya (2010), Argentina (2010), Meksika – bəzi bölgələrdə (2011), Danimarka (2012), Braziliya – bəzi bölgələrdə (2013), Uruqvay (2013), Yeni Zellandiya (2013), Fransa (2013), Malta

Bu ölkələrdə homoseksual olmaq qanunla qadağan edilmişdir: Əfqanıstan, Bəhreyn, Banqladeş, BƏƏ, Əl-Cəzair, İndoneziya, Fələstin, İraq, İran (edam), Qatar, Küveyt, Liviya, Malaziya, Misir, Nigeriya, Özbəkistan, Pakistan, Sudan (edam), Suriya, Səudiyə Ərəbistan (edam), Tacikistan, Türkmənistan, Yəmən (edam), Marokko, Livan, Oman, İordaniya

Dünyanın ən məşhur homoseksual tarixi şəxsiyyətləri;

1. Makedoniyalı İsgəndər (dünyanın yarıdan çoxunu fəth edən yunan sərkərdəsi)

2. Sokrat (antik yunan filosofu)

3. Aristotel (antik yunan filosofu)

4. Platon (antik yunan filosofu)

5. Yuli Sezar (Roma imperatoru)

6. Adrian (Roma imperatoru)

7. Antoni (Roma imperatoru)

8. Leonardo da Vinçi (rəssam, heykəltaraş, ixtiraçı)

9. Mikelancelo (heykəltaraş)

10. Oscar Wilde (yazıçı)

11. Nikolay Qoqol (rus yazıçısı)

12. Uilyam Şekspir (ingilis şairi)

13. Oktavian Avqust (Roma İmperatoru)

14. I Pyotr (Rus çarı)

15. Pyotr İliç Çaykovski (bəstəkar)

Mövzuyla əlaqədar bəzi sözlərin açıqlaması

  1. Homoseksuallıq – 3 əsas cinsi yönəlimdən (orientasiyadan) biri olub, fərdin öz həmcinsinə qarşı romantik və seksual  hislər keçirtməsinə verilən addır.
  2. Gay (gey) – Fransız sözü olub, 1960-cı ildən bəri kişi homoseksuallar üçün istifadə edilən söz, mənası “şən, gülərüz, əyləncəli, rəngli” deməkdir.
  3. Lezbiyan – 1800-cü illərdən bəri qadın homoseksuallar üçün istifadə edilən sözdür.
  4. Transseksual – Bütün cinsiyyətini və görünüşünü tamamən qadına çevirən kişi (və ya əksinə)
  5. Travesti – Əməliyyat olunmadan sadəcə qarşı cinsin geyimini geyinən şəxs
  6. LGBT – “lezbiyan, gey, biseksual, transeksual” sözlərinin baş hərfindən alınan abreviaturadır.
  7. Biseksual – Həm qadına, həm kişiyə cinsi ve hissi istək duyan şəxs
  8. Heteroseksual (natural) – Cinsi və hissi istəyinin yalnız qarşı cinsə yönəldiyi şəxs
  9. Homofobiya – Heteroseksualların homoseksuallara olan qınaq, nifrət hissi
  10. Transfobiya – Transeksual və travestilərə qarşı nifrət hissi

 

 

məmbə: www.meydan.tv
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register