Rusiya XİN-i öz vətəndaşlarını Gürcüstana səyahət risklərini nəzərə almağa çağırır

Radio-Marneuli

Rusiyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına müraciət edir ki, Gürcüstana gedərkən, səyahət risklərini nəzərə alsınlar.

Xarici İşlər Nazirliyi bu bəyanatı, Gürcüstan tərəfindən Moskvanın eks-meri Yuri Lujkovun “qara siyahıya” salınmasından sonra verdi.

“Rusiya Xarici İşlər Nazirliyinin öhədiliyidir ki, öz vətəndaşlarını Gürcüstana gedərkən riskləri nəzərə almaları ilə bağlı məlumat versin. Gürcüstan və Rusiya arasında diplomatik əlaqələrin olmadığı şərtlərdə, Tbilisidə İsveçrə səfirliyində Rusiyanın maraqları qoruyan seksiyanın imkanları, öz vətəndaşlarını qorumaq üçün məhduddur”, – deyilir bəyanatda.

Xarici İşlər İdarəsinin bəyanatında deyilir ki, Gürcüstan provokasiyalara davam edərək, Moskva ilə sağlam münasibətlərin bərpa edilməsi imkanları daha da yox edir.

“Halbuki, Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması Gürcüstan iqtisadiyyatı və Gürcüstan vətəndaşları üçün daha sərfəlidir”, – deyilir Xarici İşlər Nazirliyinin bəyanatında.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register