İŞİD suriyalı əsgəri tankla əzib keçdi – DƏHŞƏT
İŞİD-ın yeni edam görüntüsü görənlərin qanını dondurdu
İŞİD terrorçuları yeni dəhşətli edama imza atıblar. Terrorçular canlı insanın üzərindən tankla keçiblər.
Vandalların bu dəfəki qurbanı suriyalı bir əsgər olub. Əsir götürülən əsgərin adının Fadi Əmir əl-Zeydan olduğu açıqlanıb. 19 yaşlı hərbçinin Suriya Hərbi Hava Qüvvələri üçün kəşfiyyat məlumatı toplarkən ələ keçirildiyi bildirilir.
Gəncin edam görüntüləri ötən gün yayılıb. Burada onun tankın altına uzadıldığı və hərbi texnikanın onun üzərindən keçdiyi görülür.
İŞİD sentyabr ayında yaydığı mesajından bundan sonra ələ keçirilən suriyalı əsgərlərin tankla əzilərək edam ediləcəyini açıqlamışdı.
marneulifm1106 Posts
0 Comments