Azərbaycan Respublikasından Çıxış Üçün İcazə Alınmalıdır

Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşları yeni problemlə üzləşiblər.
Məlumata görə 16 yaşına çatmayan uşaqlar Azərbaycanı tərk edərkən Dövlət Miqrasiya Xidmətinin müvafiq idarəsindən çıxış icazəsi almalıdırlar.
Bu icazə kağızına malik olmayan 16 yaşına çatmamış şəxslər sərhəd keçid məntəqəsindən geri qaytarılır.
Adıçəkilən məsələ ilə bağlı “Qeyrət” hərəkatının üzvü Əlibala Əsgər Dövlət Miqrasiya Xidmətinin qaynar xəttinə müraciət edib. Qaynar xəttdən bildirilib ki, 16 yaşına çatmayan xarici ölkə vətəndaşlarının Azərbaycanı tərk etməzdən öncə Dövlət Miqrasiya Xidmətinin əsas binasına yaxınlaşaraq ölkədən çıxmaq barədə icazə vərəqəsi alması mütləqdir.
Dövlət Miqrasiya Xidmətinin qaynar xəttindən bildirilib ki, çıxış icazəsi xeyli vaxtdır tətbiq olunur. Sadəcə Gürcüstanla sərhəddə güzəşt kimi bu icazəni alınanlar öz ölkələrinə buraxılıb.
Amma bundan sonra heç bir güzəşt tətbiq olunmayacaq.
16 yaşadək olan uşaqlar üçün Dövlət Miqrasiya Xidmətindən ölkədən çıxış haqqında icazə alınması üçün 3 gün əvvəl müraciət olunmalı və icazə alındıqdan sonra 48 saat ərzində ölkəni tərk etmək lazımdır.
Mənbə:Xeber.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register