Gürcüstanda tütündən istifadə qadağan olunur
Hakimiyyət və parlament arasındakı məsləhətləşmələrin nəticəsində razılıq əldə olundu ki, ictimai yerlərdə tütündən istifadəsi qadağan olunsun. Qanun qəbul olunub və 2018-ci ilin mayın 1-dən qüvvəyə minəcək.
Siqaret çəkməyə icazə ancaq kazinolarda və siqarbarlarda icazə veriləcək. Biz Marneuli sakinlərinin bu qanunu necə qarşılaması və bu barədə fikirləri ilə bağlı sorğu keçirdik.
Tütün məhsullarının insan orqanizmə təsirlərindən çox danışmaq olar. O ən böyük zərəri ağ ciyərlərə vurur və sonda isə xərçəngə gətirib çıxarır. Tütün məhsullarının insan orqanizminə hansı zərərləri var və ondan asılılığı necə aradan qaldırmaq olar. Bu haqqda terapevt həkim Nəriman Muradov radiomuza məlumat verdi.
Onu da əlavə edim ki, ofislərdə siqaretin qadağan edilməsi barədə qərar isə 2017-ci ilin sentyabrın birindən qüvvəyə minəcək.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments