Dünya Bankının Nümayəndələri Marneulidə Qonaq Oldular

gorus

Marneuli Bələdiyyəsində Bələdiyyənin İnkşafı Fondunun və Dünya Bankının Nümayəndələri qonaq oldular.

İşgüzar səfərdə olan qonaqları Marneuli Bələdiyyə Şurasının Sədri Nəbi Abdullayev, İcra Başçısı Merab Topçişvili, Yerli Hakimiyyətinin digər əməkdaşları ilə birlikdə qəbul etdi.

İşgüzar görüşdə ictimaiyyətin müxtəlif sahələrinin nümayəndələri yer alırdılar. Orada, son illər Marneulidə mövcud iqtisadi tendensiyalar, sosial infrastruktur layihələrin gedişatı və hazırda yerli sakinlər qarşısında duran problemlərdən söhbət açıldı.

Bələdiyyənin İcra Başçısı Merab Topçişvili, Dünya Bankının nümayəndələrinə Bələdiyyədə inkşafa ehtiyacı olan sahələr və prioritetlər barədə ətraflı məlumat verdi. Həmçinin Bələdiyyə miqyasında həyata keçirilən və planlaşdırılan əhəmiyyətli proqramlar və layihələr haqqında danışdı.

Görüşün məqsədi Bələdiyyədə mövcud sosial-iqtisadi vəziyyəti araşdırmaq idi. Araşdırma Dünya Bankı və Gürcüstan arasında 2017– 2020-cı illərdə qarşılıqlı əməkdaşlıq strategiyasının müzakirəsi prosesində istifadə olunacaq.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register