“Tarixdə İlk Dəfə” rublikası – “RADIO” haqqında
“Tarixdə İlk Dəfə” rublikası. Rublikanın bu həftə ki, mövzusu kütləvi informasiya vasitələrindən biri olan “RADIO” haqqındadır.
Radio (lat. radio – şüalandırıram, şüa buraxıram; radius – şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır.
Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü musiqi, xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Radionun ilk ixtiraçılarından biri Eduard Brenlinin əsas kəşflərindən biri radiokonduktorun yaradılmasıdır. Brenli “radio” termininin də müəllifidir.
Radionun ixtiraçılarından biri də italiyalı radiotexnik və sahibkar, Qulyelmo Markoni hesab edilir. 1909-cu ildə o, “simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə” fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments