“NATO həftəsi-2015” Marneulidə də qeyd olundu

27 oktyabr tarixində Marneuli Mədəniyyət evində Marneuli Gənclər Mərkəzi, Nato İnformasiya Mərkəzinin və Ruminiyanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə “NATO həftəsi-2015” çərçivəsində silsilə tədbirlər qeyd olundu. Onlar arasında NATO gənclər forumuda yer alırdı. Forumun açılışı Gürcüstan və NATO himnləri ilə başladı.
Silsilə tədbirlər haqda NATO informasiya mərkəsinin rəhbəri Ellene Qotsadze məlumat verdi.
Forumda eləcədə ictimai aktivliyi ilə seçilən tələbələr özlərinin hazırladıqları esselərlə çıxış etdilər.
“NATO həftəsi 2015” Gürcüstanda 25 oktyabr tarixindən başlayıb 8 noyabr tarixində başa çatacaq.
Müəllif: Şəlalə Əmircanova
Şəlalə Əmircanova516 Posts
0 Comments