Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bir çox insanlara gizli (soclir) zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər-istəməz telefon istifadəçilərini narahat edir. Hər kəs gizli zəngin kim tərəfindən olunması ilə maraqlanır və həmin adamı müəyyən etməyin yollarını axtarır. Bunun çox sadə yolu var… Əgər sizə gizli nömrədən zəng gəlirsə, həmin vaxt telefonu söndürüb yandırın və sizə zəng edən abonentin nömrəsi buraxılmış zəng kimi bildiriş mesajında açıq olaraq gələcək.

1

“Microsoft” şirkəti sabah – mayın 23-də Şanxayda özünün yeni “Surface Pro” hibrid planşetini təqdim edəcək. Rəsmi təqdimatdan əvvəl cihazın fotoları yayılıb. Hibrid planşet 7-ci nəsil “Intel” prosessoru ilə təchiz olunub. Bunun sayəsində cihaz yüksək məhsuldarlığa və avtonom iş qabiliyyətinə malikdir. Şirkət planşeti tamamlayan klaviatura da buraxıb. Klaviatura alkantara örtüyə malikdir və 4 rəngdə hazırlanıb.

2

“Facebook” sosial şəbəkəsinin daxili moderatorluq-redaktə qaydaları mətbuata sızıb. Bu barədə “The Guardian” məlumat yayıb. Məsələn, şirkətin moderatorlarına ilk növbədə konkret şəxslərə qarşı birbaşa və həyata keçirilməsi mümkün olan zorakılıq çağırışlarını silmək tapşırılıb. Məsələn, moderatorlar “Tramp güllələnməlidir” çağırışlarını dərhal silməlidir. Lakin əgər bir istifadəçi kiminsə ölümünü arzulayırsa və bunu yazırsa, bu cür mesajları silmək məcburi deyil. Uşaqlar üzərində zorakılığa dair foto və videolar qadağandır. İnsanların lüt fotolarının icazəsiz yayılmasına qarşı da sərt qaydalar var, lakin istisnalar da edilir. Məsələn, tarixi sənəd olan, keçmişə aid bu cür fotolar paylaşmaq olar. “Facebook” moderatorlarının böyük həcmdə şikayətlərin öhdəsindən çətinliklə gəldikləri bildirilir. Mövcud qaydalar isə heç də bütün halları əhatə etmir. İstifadəçilər tez-tez dəqiq qaydaların olmamasından şikayətlənir.

3

Mütəxəssislər “iPhone” smartfonlarının yaddaşının təmizlənməsinin yolunu tapıblar. Mütəxəssislər bütün dünya üzrə bir çox “Apple” istifadəçilərinə məxfi funksiyalar barədə danışıblar. Müəyyən edilib ki, “iPhone” sahibləri heç bir çətinlik çəkmədən öz smartfonlarının yaddaşını təmizləyə bilərlər. Bunun üçün iOS əməliyyat sisteminin 10-cu versiyasına əlavə olunmuş məxfi funksiyadan istifadə etmək lazımdır. Ekspertlər bildiriblər ki, “Musiqi” bölməsində “Saxlancın optimizasiyası” seçimi yerləşir və o, söndürülmüş vəziyyətdə olur. Bu funksiyanı aktivləşdirdikdən sonra istifadəçi yeni audioyazılar üçün yaddaşı təmizləmək imkanı əldə edir. Belə bir sistem orijinal xüsusiyyətə – “ağıllı təmizləmə”yə malikdir ki, bu da uzun müddət dinlənilməyən faylları silərək təmizləyir.

4

2020-ci ildə təxminən 400 milyon insanın 5G xidmətlərindən istifadə edəcəyi gözlənilir. Belə bir proqnozla “Ovum” şirkətinin mütəxəssisləri çıxış edib. Onların fikrincə, yüksək sürətli şəbəkə abunəçilərinin sayı sürətlə artmaqda davam edəcək. Bundan əvvəl “Ovum”da hesab edirdilər ki, 2021-ci ildə 5G xidmətlərindən istifadə edən istifadəçilərin sayı 24 milyon nəfər təşkil edəcək. Yeri gəlmişkən, GSMA monitorinqinə əsasən artıq 2025-ci ildə istifadəçilərin sayı 1,1 milyard nəfərə çatacaq. Xatırladaq ki, 5G şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bəzi operatorlar artıq beşinci nəsil rabitənin sınaqlarını aparırlar.

5

ABŞ-ın Berkli Universitetinin elmi əməkdaşları köhnə ağ-qara şəkilləri rəngləməyə imkan verən proqram yaradıblar. İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, texnologiya neyroşəbəkələrin fəaliyyəti əsasında qurulub. Yeni proqram iki rejimə malikdir – əl və avtomatik. Avtomatik rejim süni intellekt tərəfindən standart rənglərlə cəld rənglənməni həyata keçirir. Əllə idarə olunan rejimə gəldikdə, bu rejimdə istifadəçi özü qammanı müəyyən edə və çalarları seçə bilir. Əsas çatışmazlıq isə avtomatik rejimlə müqayisədə onun iş tutumudur. Proqram Riçard Canın rəhbərliyi altında yaradılıb. Alimlər neyroşəbəkələrin fəaliyyətini öyrənməyə yeni başlamayıblar. Onlar aydınlaşdırıblar ki, bu şəbəkələr daha əvvəl əldə edilmiş məlumatı arxivləşdirə bilirlər, sonradan isə onu foto kimi göstərə bilirlər. Hazırda bu əlavənin ilk versiyası mövcuddur. Ancaq bu yaxınlarda o, daha da modernləşdiriləcək.

6

“Facebook” sosial şəbəkəsinin amerikalı istifadəçiləri xüsusi proqram əlavəsinin köməyi ilə hazır yemək sifarişi etmək imkanı əldə ediblər. Bu barədə “Techcrunch” portalı məlumat yayıb. İstifadəçilər sifarişləri “Facebook”da yaradılan “Order Food” əlavəsi vasitəsilə “Delivery Club” və “Slice” kimi xidmətlərin köməyi ilə qeydiyyatdan keçirə bilərlər. Yemək sifarişi üçün naviqasiya panelinə üzərində burger şəkli olan düymə də əlavə edilib. Hələlik bu funksiyanı ancaq ABŞ sakinləri sınaqdan keçirə bilərlər.

7

Nüfuzlu “Chemical Science” elmi jurnalının titul səhifəsində “Biocev” təhqiqat mərkəzinin mütəxəssisi, doktor İrji Yanatanın rəhbərliyi ilə avropalı mikrobioloqların yeni kəşfi barədə məlumat dərc edilib. Alimlər malyariyadan, yaxud stafilokok və ya streptokokların səbəb olduğu infeksiyalardan əziyyət çəkən pasiyentlərə kömək edə biləcək “Celin” adlı yeni antibiotik yaratmağa nail olublar. Yeni maddə dərhal patentləşdirilib və mikroorqanizmlərin daha geniş qrupuna onun təsirinin öyrənilməsi üçün ümumi sınaqlar başlanıb.

8

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti adi taksi ilə eyni olacaq. Layihənin direktoru Zak Loverinq deyib ki, “hava” taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək. “Airbus” şirkətinin uçan aparatı kabinində pilot olmayan avtonom uçan aparatdır. Müştərilər mobil proqramın köməyi ilə uçan avtomobili yaxınlıqda yerləşən helikopter meydançasına sifariş edə biləcəklər. Konsern ilin sonunadək pilotsuz uçan avtomobili sınaqdan keçirmək niyyətindədir. Hazırlanmış prototipin maksimum uçuş məsafəsi təxminən 50 km təşkil edəcək. 2020-ci ilədək təqdim ediləcək yekun modeldə uçuş məsafəsi iki dəfə daha yüksək olacaq.

9

Çin istehsalı avtomil sürənlər diqqətli olsalar yaxşıdır. Çünki avtomobil ustası Sahil Ağabəylinin həmin sürüclərə məsləhəti var. Çin istehsalı avtomobillərin mühərriklərinə istənilən yağı tökmək olmaz. Belə olan təqdirdə, avtomobilin mühərriki tez sıradan çıxır. Videoda göstərilir ki, 2013-cü il Çin istehsalı “Foday” markalı avtomobilə çox adam “5-30” yağı tökür. Amma həmin avtomobilə “15-40” yağı tökülməlidir. Sahil usta bildirir ki, avtomobilə zavod tərəfindən məsləhət olunmayan yağ tökdükdə, mühərrik tez sıradan çıxır. Bu səbəblə, Çin istehsalı avtomobil sürücüləri avtomobilə yağ tökməzdən əvvəl ya mühərrikin üzərinə, yaxud da avtomobilin kitabçasına baxmalıdır.

10

Sızıdırılmış videoda isə Galaxy Note 8 maketi ilə Galaxy S7 modelinin müqayisəsi əks olunmuşdur. Maketin fotolarını incələdikdə görmək olar ki, “Samsung” şirkətinin yeni fableti olacaq Galaxy Note 8, şaquli vəziyyətdə ikili arxa kameraya və ikili diod işıqlandırma sisteminə bənzər funksiyaya sahib olacaq. Həmçinin fotolardan görmək olar ki, maketin arxa və ön hissəsində barmaq izi skanı yeri yoxdur. Bu isə o deməkdir ki, çox güman ki, şirkət sözügedən funksiyanı məhz ekranın alt hissəsinə yerləşdirib. Qeyd etmək lazımdır ki, keçən ay təqdim olunmuş Galaxy S8 modelində şirkət bu problemi vaxtında aradan qaldıra bilmədiyi üçün barmaq izi skanını smartfonun arxa panelindəki kameranın yanına yerləşdirmişdir. Güman olunur ki, Galaxy Note 8, 6.3 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru və 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Note 8-in təqdimatının 1-6 Sentyabr tarixlərində Berlində keçiriləcək IFA 2017 tədbirində təqdim olunacağı gözlənilir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register