Vahid Milli İmtahanlar iyulun 3-dən başlayacaq

imtahan

Vahid Milli İmtahanlar iyulun 3-dən başlayacaq. Bu barədə məlumatı Milli İmtahan Mərkəzinin rəhbəri Maia Miminoşvilinin məlumatına verib. Onun sözlərinə görə imtahan prosesi ənənəvi olaraq gürcü dili və ədəbiyyatı imtahanı ilə başlayacaq.

Bu il Vahid Milli İmtahanlarda 41 500-dən artıq abiturient qeydiyyatdan keçib. Ancaq abiturientlərin tam sayı buraxılış imtahanlarından sonra məlum olacaq.

Bu il Gürcüstan miqyasında 23 imtahan mərkəzi açılacaq. Ən böyük imtahan mərkəzi, yenə hər ilki kimi Texniki Universitetdə olacaq. Amma univeristetdə sektorların sayı azalacaq.

Keçən ilki kimi bu il də milli imtahanlar elektron formatda keçiriləcək.

Vahid Milli İmtahanlar iyulun 27-də başa çatacaq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register