“Lantset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib
“Lantset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib.
Bu barədə məlumat Gürcüstanın İctimai Televizyası tərəfindən yayılıb. Məlumata görə həbs edilən Fərman Ceyranlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır. Qeyd olunan maddə isə dələduzluqdur.
Cinayət işində iki nəfərin adı keçir. Hansı ki, adı keçənlərin yaxınları “Lantset” klinikasındakı uğursuz ciyər transplantasiyası əməliyyatlarından sonra onlar həyatını itiriblər.
Hüquqmühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirilirdi və nəticədə “Lantset” klinikasının lisenziyasl dayandırılmışdı.
Fərman Ceyranlıya rəsmi ittiham bugün irəli sürüləcək. Hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır.
Mənbə: gpb.ge
Amil Məmmədov2286 Posts
0 Comments