Marneuli Bələdiyyəsinin ictimai kitabxanasına 2500 kitab verildi

23 may tarixində Marneuli Bələdiyyəsinin ictimai kitabxanasına “Hər Kəndə Kitab” layihəsi çərçivəsində 2500 ədəd müxtəlif janr kitablar təqdim olundu.

Gəzən kitabxana ilə birlikdə Gürcüstanın Milli Kitabxanasının Direktoru Qiorqi Kekelidze, İdman və Gənclər Nazirliyinin, “Tələbələr Birliyi” qeyri hökumət təşkilatının nümayəndələri də Marneulinin mərkəzi kitabxanasında oldular.

Qeyd etmək lazımdır ki, layihə çərçivəsində təqdim olunan kitablardan, Marneulinin İctimai Kitabxanasından əlavə Sadaxlı, Sioni, Sereteli və Şaumyan kitabxanalarıda yararlanacaqlar.

“Hər Kəndə Kitab” layihəsi uzunmüddətli layihədir. O, “Tələbələr Birliyi” qeyri hökumət təşkilatının təşəbbüsü, Gürcüstanın Milli Kitabxanasının və İdman və Gənclər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Bu haqqda Gürcüstanın Milli Kitabxanasının Direktoru Qiorqi Kekelidze Radiomuza məlumat verdi.

“Gürcüstanın Milli Kitabxanası və Ekvilibrium hərəkatı tərəfindən Marneuliyə “Hər Kəndə Kitab” layihəsi çərçivəsində 2500 kitab gətirdik. Bu cür f’ önəmlidir və biz çalışmalıyıq ki, belə aktivlik çox olsun”.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register