Marneuli Nəzarət Xidməti qanunu pozur

jarima[1]

Marneuli bələdiyyəsində tullantılara nəzarət olunması ən aktual olmasa da aktual mövzulardan biridir. Yerli hakimiyyətdən soruşsan, bu sahədə işlər görür, məlumatlandırmanın artırılması məqsədilə əhali ilə görüş də keçirirlər və problemin aradan qaldırılması məqsədilə effektiv sistem də yaradırlar. Belə sistem bələdiyyə məclisinin qərarı ilə 2017-ci ilin yanvar ayından müəyyən olunub və Marneuli Nəzarət xidmətinə zibili zibil qablarından kənara atan şəxsləri cərimələmək həvalə olunub. O vaxtdan çox sular axıb, artıq may ayıdır. Lakin Nəzarət Xidmətinin rəhbəri Revaz Areşidzenin dediyinə görə, bu zamana qədər heç kəs cərimə olunmayıb.

Beş ay ərzində baş vermiş qanun pozuntularını Revaz Areşidze onunla izah edir ki, 5 ay ərzində, yəni 21 həftə, 150 gün ərzində 150 cərimə vərəqinin çap olunmasına lazım gəlib, yəni sadə məntiqlə bir gün üçün bir cərimə vərəqi çap olunub, bundan başqa Revaz Areşidze cərimələrin təsirinin olmamasını əhalinin məlumatsızlığı ilə izah edir.

Baxmayaraq ki, Marneuli nəzarət xidmətinin rəhbərinin 5 aylıq qanun pozuntuları ilə bağlı arqumentləri qeyri-qanunidir, yenə də qərara aldıq ki, əhali arasında sorğu keçirək və onlarda cərimələrin təsirinin olmaması ilə bağlı hansı məlumatların olduğunu öyrənək.

Doğrudan da, problemin aradan qaldırılmasının planlaşdırılmış siyasəti ilə olmasa da, tullantıların çoxluğu ilə Marneuli həqiqətən fəxr edə bilər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register